"Sahibkarlıq - səhvlərlə öyrənmək sənətidir"
23.04.2025 [10:56]
"Qadınların dəyişdirə bilməyəcəyi heç nə yoxdur"
Bu gün bütün sahələrdə, öz fəaliyyəti ilə dinamik inkişafda yer alan qadınlarımız sahibkarlığın inkişafına da töhfə verməkdədir. Sahibkarlıq isə yalnız biznes qurmaq deyil, həm də dövlətə fayda, cəmiyyətə dəyər qatmaqdır. Ölkəmizdə qeyd olunan 25 aprel - Sahibkarlar günü ərəfəsində bu misiyyanı yerinə yetirənlərdən biri ilə həmsöhbət olduq. Müsahibimiz tibb üzrə fəlsəfə doktoru, dosent, “Kontinental” şirkətin təsisçisi, YAP-ın üzvü, Tərəqqi medallı sahibkar Afət Həsənovanın ugur hekayəsi qadınların iqtisadi və sosial həyatda artan rolunu təcəssüm etdirir.
– Afət xanım, günümüzdə qadınların sahibkarlıq fəaliyyətində iştirakı dünya miqyasında artmaqdadır. Azərbaycanda bu sahədə durumu necə qiymətləndirmək olar?
– Həyatımızın ən müxtəlif sahələrində mühüm rol oynayan qadınlar qlobal miqyasda sahibkarlıqda da geniş yer almaqdadırlar. Qeyd etdiyiniz kimi inkişaf tendensiyası üzrədir. Dünya Bankının 2023-cü il hesabatına əsasən, dünyada kiçik və orta bizneslərin 34%-i qadınlara məxsusdur. Azərbaycanda isə bu rəqəm təqribən 21%-dir. Bu rəqəm postsovet məkanında müsbət göstəricilərdən hesab olunur. Lakin dövlətin bu istiqamətdə həyata keçirdiyi ardıcıl proqramlar, qadın sahibkarlığına verilən önəm göstərir ki, hədəfimiz daha yüksəkdir. Hazırda əsasən ticarət, xidmət və kənd təsərrüfatı sahələrində qadınların üstünlük təşkil etdiyi müşahidə olunur. İKT, sənaye və istehsalat kimi sahələrdə isə qadın sahibkarların yer alması nisbətən azdır.
Bu vaxtadək Azərbaycan hökuməti qadınların iqtisadi fəallığını artırmaq, qadın inkişafına dəstək olmaq məqsədilə bir sıra proqramlar, layihələr həyata keçirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gender bərabərliyi və qadınların hüquqlarının müdafiəsi istiqamətində qəbul edilən strateji sənədlər, qanunvericilik aktları, o cümlədən “Azərbaycan Respublikasında Gender Bərabərliyinə Nail Olunması üzrə Milli Fəaliyyət Planı” bu sahənin institusional əsaslarını formalaşdırmışdır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də vətəndaş cəmiyyəti qadın sahibkarlığının təşviqində fəal rol oynayırlar. Onların təşkil etdiyi təlimlər, forumlar, maliyyə dəstəyi proqramları və biznes inkubatorları sayəsində qadınlar öz potensiallarını, ideyalarını reallaşdırmaq və dayanıqlı biznes modelləri qurmaq imkanı əldə edirlər. Bu siyasət birmənalı şəkildə sahibkarlıqda yer almaq istəyən gənc xanımlara ciddi dəstək verir. Bu gün sözügedən sahəyə ayrılan diqqət, görülən işlər, həyata keçirilən silsilə tədbirlər gələcək üçün də ümidverici şərait yaradır, desəm yanılmaram.
– Bütün bunlarla yanaşı, sizcə qadınların sahibkarlıq fəaliyyətinə maneçilik yaradan hansı nüanslar var?
– Əvvəla onu deyim ki, istənilən maneəni dəf etmək olar. Yetər ki, qarşında məqsədin olsun və əzmlə hədəfə doğru irəliləyəsən. İndi isə keçək suala. Qadınların sahibkarlıq fəaliyyətinə nə mane olur? İlk növbədə, kapital resurslarına çıxış, qadınların bank kreditləri və investisiya imkanlarına çıxışı kişilərlə müqayisədə 20-30% azdır.
Bundan başqa , diqqətinizi sosial stereotiplərə çəkmək istərdim. Ailə, cəmiyyət və peşə arasında balans yaratmaq bəzən asan olmur. Bu balans qadınlara əlavə yük, qayğı yaradır. Mənə elə gəlir ki, məhz bu mövzu ilə bağlı xüsusi maarifləndirici proqramlara ehtiyac var. Eyni zamanda fikrimcə, mentorluq və şəbəkələşmə də yetərli deyil. Peşəkar insanların şəxsi təcrübələrini paylaşmasına, təcrübə mübadiləsi, əməkdaşlıqların artırılmasına həmişə ehtiyac var. Təcrübələr hər zaman motivasiya, inkişaf mənbəyidir. Bəzən qadın sahibkarın təcrid olunmuş şəkildə fəaliyyət göstərdiyini də görürük. Bu təbii ki, onların böyüməsini, inkişaf imkanlarını məhdudlaşdırır.
- Bir vaxtlar qadınlar daha çox təhsildə, səhiyyədə üstünlük təşkil edirdilər. Bu gün fərqlidir, ən müxtəlif sahələrdə, bütövlükdə özəl sektorda qadın zəhməti, qadın rolu bəlli çəkiyə malikdir...
– Azərbaycan dünyəvi dövlət, biz isə dünyəvi dövlətin vətədaşlarıyıq. Hər şey ölkənin, dövlətin prioritet məsələlərinə uyğun şəkildə inkişaf edir, tənzimlənir. Göründüyü kimi dövlətin strategiyası qadınların iqtisadi fəallığını artırmağa yönəlib. Bunun nəticəsidir ki, özəl sektorda günü-gündən qadın əməyi, qadın rolu güclənməkdədir. Bu təkcə gender balansının düzənlənməsi üçün deyil, həm də qadınların liderlik və innovasiya bacarıqlarını reallaşdırmaq üçün vacibdir. Tədqiqatlar göstərir ki, qadınların iştirakı olan komandalar daha sabit və sosial məsuliyyətli qərarlar qəbul edir. Bu, müəssisələrin, biznes strukturların davamlılığı baxımından da mühüm faktordur.
– Elm adamı olmaqla yanaşı sahibkarlıq yükünü daşımaq çətin olmadımı?
- Əlbəttə, çətinliklər oldu. Elmi mühit daha sabit, analitik və strukturlaşdırılmışdır. Sahibkarlıq isə dinamik və qeyri-müəyyənliklə doludur. Ancaq bu fərqlilik özü maraqlılığı ilə məni cəlb etdi. Hər gün yeni qərarlar, yeni insanlar və yeni risklər, müxtəlif yeniliklər... Bu ritm sanki mənim üçün ikinci laboratoriya oldu. Elm mənə dərinlik və sistem verdi, sahibkarlıq isə çeviklik və cəsarətə sövq etdi. Eyni zamanda ailə, uşaq, ev qayğıları... Əlbəttə, bu qədər məsuliyyəti eyni anda daşımaq bir qadın üçün asan deyil, amma olduqca şərəflidir.
– Sahibkarlıq sahəsində ən çox dəyər verdiyiniz prinsiplər hansılardır?
- Ən birincisi – etibar. İnsanlar sizə sağlamlıqlarını, ailələrini, pullarını, dolanışığını etibar edir. İkinci prinsip – dayanıqlılıqdır. Qısamüddətli uğurlar və görüntü naminə fəaliyyət məni maraqlandırmır. Mən uzunmüddətli, insanların həyatına təsir edəcək, dəyər yaradacaq fəaiyyətin tətəfdarıyam. Və nəhayət – təkmilləşmə ən vacib prinsipdir. Biz tutduğumuz mövqedən asılı olmayaraq hər zaman öz üzərimizdə işləməli, yeni tendensiyalara, yeniliklərə uyğunlaşmalı, özümüzü yenidən ixtira etməyi bacarmalıyıq.
– Gənc sahibkarlara, xüsusilə də gənc xanımlara nə tövsiyə edərdiniz?
- Hesab edirəm ki, bugünün gəncliyi dövrə uyğun olaraq daha təşəbbüskar, daha praqmatikdir. Onlar sabahımızın idarəçiləri və liderləridir. Onlara deyərdim ki, heç vaxt “hazır olmadığınızı” düşünməyin. Heç vaxt “bəlkə alınmaz” deməyin. Sahibkarlıq – səhvlərlə öyrənmək sənətidir. Əgər ideyanız varsa və ona inamınız varsa – başlayın. Və unutmayın: qadınların dəyişdirə bilməyəcəyi heç nə yoxdur.
Havar ŞƏFİYEVA
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

