“İstehsal etdiyimiz hər kubmetr beton güvənin və mükəmməlliyin simvoludur”.
18.02.2025 [15:16]
Müasir tikinti sektorunda keyfiyyət sadəcə bir standart deyil, uğurun və müştəri məmnuniyyətinin açarıdır. Respublikanın öndə gedən tikinti şirkətlərindən biri olan "Crystal Group of Companies" ASC-nin tərkibinə daxil olan "Crystal Beton" QSC məhz bu fəlsəfəni əldə rəhbər tutaraq, beton istehsalında keyfiyyəti və etibarlılığı daim üst səviyyəyə qaldırır. Bu gün inamla söyləmək olar ki, ölkəmizdə aparılan bir sıra iri inşaat layihələrinə "Crystal Beton" QSC öz dəyərli töhfəsini vermişdir. Şirkətin keyfiyyətin idarəedilməsi sistemi üzrə aparıcı mütəxəssisi Şəmistan Səlimli ilə söhbətimiz qazanılan uğurların səbəbləri və keyfiyyət məsələləri ilə bağlı oldu.
-Şəmistan müəllim, "Crystal Beton" şirkətinin keyfiyyət idarəetmə sistemində başlıca hədəfləriniz nədir və bu sistem necə təşkil olunub?
- "Crystal Beton" QSC olaraq bizim əsas məqsədimiz bazara yalnız yüksək keyfiyyətli və etibarlı məhsullar təqdim etməkdir. Bu məqsədlə hər bir iş prosesimiz, xüsusilə də keyfiyyətin idarəedilməsi çox ciddi standartlara əsaslanır. Komandamızın hər bir üzvü məhsulun keyfiyyətinə tam şəkildə cavabdehdir. Hamımızın bir ümumi məqsədi var – bazara keyfiyyətli məhsul çıxartmaq və müştəri məmnuniyyətini təmin eləmək. Bu yolda xammaldan son məhsula qədər, hər bir addımı diqqətlə nəzarətdən keçiririk. Biz təkcə keyfiyyətdən danışmırıq – onu sübut edirik! Şirkətimiz İSO 9001 (Keyfiyyət İdarəetmə Sistemi), İSO 14001 (Ətraf Mühit İdarəetmə Sistemi) və İSO 45001 (Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi) sertifikatlarına sahibdir. Bu isə o deməkdir ki, məhsulumuzun hər bir hissəsi beynəlxalq standartlara uyğun hazırlanır, ətraf mühitin qorunmasına və işçi təhlükəsizliyinə maksimum diqqət yetirilir. 2024-cü ildə tullantıların azaldılması üzrə tətbiq etdiyimiz tədbirlər nəticəsində məhsulun tərkibində karbon izi 20% azaldılmışdır.
- Şirkətinizin beton istehsalında keyfiyyəti yeni səviyyəyə qaldırdığını qeyd edirsiniz. Buna necə nail olursunuz?
- Biz beton istehsalında yalnız keyfiyyətə deyil, həm də innovasiyaya böyük əhəmiyyət veririk. Hər bir beton qarışımı müasir laboratoriya testlərindən keçir və ən yüksək standartlara uyğunluğu dəfələrlə yoxlanılır. Laboratoriyamızda aparılan testlər və analizlər vasitəsilə məhsulun davamlılığı, möhkəmliyi və digər texniki xüsusiyyətləri ətraflı şəkildə qiymətləndirilir. Bu yanaşma bizə məhsulun keyfiyyətini daim yüksək səviyyədə saxlamağa imkan verir. Biz yalnız beton istehsal etmirik – biz güvən və davamlılıq inşa edirik. Təsadüfi deyil ki, 2024-cü il ərzində 200,000 kubmetr yüksək keyfiyyətli beton istehsal etmişik və bu, ölkənin ən böyük göstəricilərindən biridir. Mübaliğəsiz demək olar ki, istehsal etdiyimiz hər kubmetr beton güvənin və mükəmməlliyin simvoludur.
- Keyfiyyət idarəetmə sistemində texnologiyanın rolu nə dərəcədə böyükdür? Xüsusi olaraq, Bitrix24 platformasından əməkdaşların istifadəsi haqqında nə deyə bilərsiniz?
- Yeni texnologiyalardan istifadə bizim üçün çox mühüm bir vasitədir. Keyfiyyətin idarə edilməsi proseslərini daha effektiv və şəffaf etmək üçün Bitrix24 platformasından geniş şəkildə istifadə edirik. Bu platforma vasitəsilə bütün komanda üzvləri arasında rabitə və əməkdaşlıq daha asan və sürətlə həyata keçirilir. Bu platforma bizə layihələrin idarəedilməsi, tapşırıqların paylanması, proseslərin monitorinqi və hesabatların hazırlanması kimi mühüm funksiyaları təqdim edir. Bu, həm vaxta qənaət, həm də yol verilən səhvlərin minimuma endirilməsi baxımından daha böyük üstünlük yaradır.
- "Crystal Beton" QSC-nin gələcək üçün hədəfləri nədən ibarətdir?
- Bizim əsas hədəfimiz mükəmməllik yolunda hər zaman daha da inkişaf etmək və inşaat sektorunda mövqeyimizi qoruyub saxlamaqdan ibarətdir. Bunun üçün daim müasir innovasiyaları izləyir, yeni texnologiyalara sərmayə yatırır və komandamızın peşəkar inkişafına diqqət yetiririk. Həmçinin, müştərilərimizin tələblərini daha yaxşı anlamaq və onların gözləntilərini qarşılamaq üçün daim özümüzü təkmilləşdiririk. Biz inanırıq ki, yüksək keyfiyyət və davamlılıq təkcə bizim üçün deyil, bütün sektor üçün standart göstərici olmalıdır.
- Müsahibənin sonunda, "Crystal Beton" QSC-nin müştərilərinə və sektorun gələcəyinə mesajınızı bilmək istərdik.
- "Crystal Beton" QSC müştərilərinə verdiyi sözə sadiqliyini hər zaman qoruyub saxlayır. Onların inamını qazanmaq və bu inamı qoruyub saxlamaq bizim üçün ən böyük mükafatdır. Sektorun gələcəyinə gəldikdə isə, inanırıq ki, yüksək keyfiyyət standartları və davamlılıq təkcə bizim deyil, bütün tikinti sənayesinin inkişafı üçün əsas şərtdir. Biz bu yolda öz rolumuzu oynamağa və sektorun inkişafına töhfə verməyə davam edəcəyik.
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

