Şahin İsmayılov: Xalqın sevgisini, məhəbbətini qazanmaqdan böyük hədiyyə ola bilməz!
10.08.2024 [11:13]
Tanınmış müğənni, vokalist, lirik tenor Şahin İsmayılov bugünlərdə 60 illik yubileyini qeyd edib.
Müraciət etdiyi mahnılarla, gözəl səs tembri ilə dinləyicilərin sevgisini qazanan sənətkarla yubileyindən, 60 ildə qazandıqları və geridə qoyduqlarından, ifaçılıq yolundan danışdıq.
- Şahin bəy, sizi yubileyiniz münasibəti ilə təbrik edirik. Necə keçdi 60 il?
- Əvvəla, “Yeni Azərbaycan” qəzetinin oxucularını salamlayıram və məni xatırladığınız, dəyər verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Allah hər bir insana bir tale, həyat yolu yazır. Mənim də uşaqlıq illərim çox çətinliklə keçib. İki yaşımdan atamı itirdim, anamız yeddi oğulu min bir əziyyətlə böyütdü. Yoxsul ailə idik, çox çətinliklər gördük, yaşadıq. Musiqini, incəsənəti o qədər çox sevirdim ki, heç zaman arzularımdan, hədəflərimdən geri dönmədim. Orta məktəb illərində beş dəfə Goranboy rayonunda musiqi müsabiqəsində birinci yeri qazandım. Çox arzulayırdım, Respublika müsabiqəsinə qatılım, təəssüf ki, alınmırdı. Yaşadıqlarımdan heç zaman peşman olmamışam. Allahın qismət etdiyi bu 60 ilə çox şükürlər olsun. Hər zaman qarşıma qoyduğum məqsədim o olub ki, heç zaman ruhdan düşmək olmaz, daim çalışmaq, irəli getmək, milli musiqimizi, klassik əsərlərimizi, xalq və bəstəkar mahnılarımızı yaşatmaq lazımdır. Uşaqlıq illərimdən bu amal uğrunda çalışmışam, heç vaxt da yolumdan dönməmişəm. Böyük bəstəkarlarımızın bizə miras qoyub getdiyi musiqiləri bu gün də yaşatmağa və gələcək nəsillərə çatdırmağa çalışıram.
- 60 ildə qazandıqlarınız çox oldu, ya itirdikləriniz?
- İnsanın ən doğmalarını, ən əzizlərini itirməsi, təbii ki, onun üçün ən ağır itkidir. Mənim üçün bu illərdə ən ağır itki anamı itirmək olub. Təbii ki, arxaya dönüb baxanda qazandıqlarım daha çox olub, amma itirdiklərimi də deməliyəm. Bütün yaradıcılığım boyunca müasir musiqi deyilən, əslində isə cılız musiqinin ardınca heç zaman getmədim. Baxmayaraq ki, çox əziyyətlər çəkdim, maddi-mənəvi çox çətinliklərə qatlaşdım, amma öz yolumdan dönmədim. Mənim üçün Azərbaycan musiqisi dünyanın ən zəngin musiqi xəzinəsidir və bu xəzinəni bizdən əvvəlki böyük sənətkarlar qoruyub, bizə miras qoyub gediblərsə, biz də çalışmalıyıq ki, onu yaşadaq və bizdən sonrakı nəsillərə ötürək. Maddi cəhətdən çox itkilərim oldu. Amma şükürlər olsun ki, əsl sənətin dəyərini bilən, zövqlü insanların rəğbətini, sevgisini qazanmışam. Buna görə bütün çətinliklərə dəyərdi. Nə yaxşı ki, mən bayağı musiqilərin arxasıyca getməmişəm.
Sənətdə çox böyük uğurlar qazanmışam. Onlara da ruhdan düşməməyim, öz üzərimdə çalışmağım hesabına nail olmuşam. 1982-ci ildə İncəsənət İnstitutuna qəbul oldum. Allah rəhmət eləsin, o vaxtki rektorumuz, gözəl şair, alim Aslan Aslanovun mənim instituta qəbul olmağımda çox böyük rolu oldu. 1988-ci ildə institutu bitirəndən sonra indiki Heydər Əliyev adına sarayda Azərbaycan üzrə “İstedadlar axtarırıq-88” müsabiqəsində ən yüksək bal toplayaraq laureat oldum. 1989-cu ildən başlayaraq mənim ifamda Dövlət Radiosunun qızıl fonduna çox mahnılar yazıldı. Hazırda Azərbaycan Dövlət Radiosunda mənim ifamda 40-50 mahnı qorunub-saxlanılır və ara-sıra radio dalğalarında səsləndirilir. Həmçinin, efirlərdə çıxışlarım olduqca əsl sənətə qiymət verən insanların sevgisini qazandığımı gördüm. Bu mənim üçün ən böyük fərəh və ruh yüksəkliyidir.
- Ömrünüzü həsr etdiyiniz musiqi, incəsənət sizi bu yubiley günündə necə təbrik etdi?
- Bizim qədir bilən xalqımızın məhəbbətini, vətənini, millətini sevən insanların sevgisini, hörmətini qazanmaqdan böyük təbrik ola bilməz mənim üçün. Bu gün həddindən artıq çox insan məni yad etdi, təbriklərini göndərdi, ürək sözlərini dilə gətirdi. İnanın ki, bu təbriklər mənə o qədər ruh verdi ki. Bütün bunlar ömrümü həsr etdiyim musiqinin, incəsənətin mənə qazandırdığı alqışlardır, diləklərdir, arzulardır. Mənim üçün bundan böyük təbrik yoxdur.
- Bəs özünüz özünüzü hansı mahnı ilə təbrik edirsiniz bu gün? Sizcə, sizin taleyinizə, ömrünüzə yaraşan ən gözəl mahnı hansıdır?
- Bütün mahnılarımı sevə-sevə oxumuşam. Onların hər biri valideynə övlad əziz olan qədər mənə əzizdirlər, doğmadırlar. Heç vaxt mahnılarımı bir-birindən ayırmamışam. Amma həqiqətən çox sevdiyim mahnılar içərisində taleyimə uyğun bildiyim mahnı da var. Təxminən 7-8 ay öncə bir mahnı yazdırdım. Mahnının musiqisi dəyərli dostumuz, gözəl musiqiçi İlqar Kərimova, sözləri şair Tehran Əkbərə məxsusdur. Mahnının mövzusunu şəxsən özüm şairlə məsləhətləşmişik. Mahnı “Ötən illər” adlanır. Çox uğurlu və gözəl mahnıdır. Sözlər də, musiqi də sanki insanı ötən illərə-uşaqlığımıza, qayğısız günlərimizə aparır. Sevindirici haldır ki, mahnı çox qısa müddətdə həm ölkəmizdə, həm də ölkə xaricində sevildi.
- Yaradıcılığınızda son durum necədir? Yeni mahnılar varmı?
- Əlbəttə, yeni mahnılar var. Yaponların çox gözəl bir məsəli var; onlar deyirlər ki, ruhdan düşməkdənsə cəhdlərinin sayını artır. Mən də heç zaman ruhdan düşməmişəm, hər zaman cəhdlərimin sayını artırmışam. 44 günlük Vətən müharibəmizdəki böyük zəfərimizdən o qədər ruhlanmışdım ki, çox gözəl “Zəfər nəğməsi” bəstələdim. Düzdür, mən bəstəkar deyiləm, amma bu sevinc, bu fərəh məni elə ruhlandırdı ki, ürəyimdən gələn hissləri notlarla ifadə etdim. Mahnının sözləri Nəcməddin Mürvətova məxsusdur. O mahnı mənim üçün çox böyük önəm kəsb edir. Bu, mənim bir Azərbaycan türkü kimi qələbəmizə töhfəm idi. Sonra şair Məhəmməd Rəsuloğlunun sözlərinə “Dərələyəz” mahnısını yazdım. Dərələyəz mənim Qərbi Azərbaycanda ata-ana yurdumdur. Biz əslən Dərələyəzdənik, valideynlərim oradan Goranboya köçüblər. Həmçinin, dediyim kimi, “Ötən illər” mahnısını yazdırdım. Bakını canından çox sevən yəhudi dostumuz Salman Rabayevin sözləri və musiqisini yazdığı Bakı haqqında mahnını bu yaxınlarda ifa etdim.
Beləcə, yaradıcılığımız davam edir. İnşallah, daha gözəl və yeni mahnılarla hər zaman dinləyicilərimizin zövqünü oxşamağa çalışacağıq. Mənim əsas yolum klassik və retro mahnılarımızı yaşatmaqdır. Bununla hər zaman qürur duyuram. Çox istərdim ki, yaradıcılığıma dövlət səviyyəsində qiymət verilsin. Bu, mənə yubiley hədiyyəsi, eyni zamanda ömrünü Azərbaycan incəsənətinə həsr etmiş sənətçinin zəhmətinə verilmiş dəyər olardı. İnanıram ki, Mədəniyyət Nazirliyimiz mənim yaradıcılığımı diqqətdən kənar qoymayacaq.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

