“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
06.05.2024 [15:46]
Yeniyetmələr arasında mini futbol çempionatının may ayının 2-də keçirilən son oyununda “Yasamal” uşaq futbol klubuna 3-1 hesabı ilə qalib gələn “Crystal FC” uşaq futbol klubu çempionatın qalibi zirvəsinə yüksəldi.
Yarışın kubokunu qazanan komanda üzvləri münsiflər heyəti tərəfindən qızıl medallarla təltif olundular!
Bu parlaq qələbə bir daha onu göstərir ki, ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, cəmiyyətimiz üçün layiqli vətəndaş kimi böyümələri daim diqqət mərkəzindədir. Bu mənada uşaq futbolunun inkişafı uşaqlarda idman vərdişlərinin, sağlam həyat tərzinin və komanda ruhunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. 2023-cü ilin yanvar ayında “Crystal FC” uşaq futbol klubunun yaradılması da məhz bu zərurətdən irəli gəlmişdir.
Minnətdarlıqla qeyd etmək olar ki, “Crystal FC” uşaq futbol klubu öz iştirakçılarının fiziki hazırlığını gücləndirməklə yanaşı, onlarda əzmkarlıq, nizam-intizam, komanda ruhu kimi mühüm keyfiyyətləri də inkişaf etdirir. Məhz bu yanaşmanın sayəsində klub gənclər futbolunun inkişafına öz dəyərli töhfəsini verməklə istər qardaş Türkiyə dövlətində, istərsə də respublika yarışlarında bir sıra gözəçarpan nəticələr əldə edə bilmişdir.
Yarandığı qısa müddət ərzində bir sıra uğurlara imza atan “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Şahin Şahhüseyni ilə söhbətimiz də bu nailiyyətlərin səbəbləri və “Crystal FC” uşaq futbol klubunun qarşısında duran vəzifələrlə bağlı oldu.
-Şahin müəllim, “Crystal FC” uşaq futbol klubunun yaradılması hansı zərurətdən irəli gəlmişdir?
- Klubun yaranma ideyası “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyevdən gəlib və gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinin, zərərli vərdişlərdən uzaq durması və gənc nəslin vətənpərvər və vətənə sevgi ruhunda tərbiyə olunmasına köməklik göstərilməsi məqsədi daşıyıb. Əlavə olaraq qeyd edim ki, daha bir məqsədimiz də gənc futbolçuların yetişdirilməsinə, Azərbaycan futbolunun inkişafına öz töhfəmizi verməkdir.
- Belə bir fransız məsəli var ki, ilk addım həmişə çətin olur. Klubu yaradarkən hansı çətinliklərlə üzləşdiniz?
- Məlumat üçün bildirmək istəyirəm ki, istənilən komanda formalaşarkən onun əsaslı bazası olur. “Crystal FC” yaradılarkən demək olar ki, sıfırdan başlamışdı. Qısa zaman kəsiyində idman bacarığı olan uşaqları toplaya bildik və nəzərə çarpan nailiyyətlərə imza atmağı bacardıq.
- Futbol klubuna hansı yaş qruplarını cəlb etmisiniz?
- Hazırda klubumuza 2008-2009 -cu il təvəllüdlü yeniyetmələr cəlb olunub. Və onlarla mütəmadi olaraq məşqlər keçirilir. Klub olaraq daha çox yeniyetmələrlə işləməyi qarşıya məqsəd qoymuşuq.
- Klub yaranandan bu günə kimi hansı nəticələri göstərib?
- 2023-cü ilin may ayında Şamaxıda keçirilən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirdə komandamız finala vəsiqə qazanmışdı və yalnız penalti seriyalarına Şamaxı komandasına məğlub olaraq 2-ci yeri tutmuşdu. May ayının 28-də yenə də Şamaxıda Müstəqillik Gününə həsr edilmiş turnirdə iştirak eləmişik və komandamız rəqiblərinə heç bir şans verməyərək turnirin qalibi olmuşdur. İyun ayında qardaş Türkiyə Respublikasının Antalya şəhərində keçirilən turnirdə iştirak edən komandamız 2-ci yer tutaraq gümüş medal qazanmışdı. 2023-cü ilin iyulun sonlarında Lənkəranda Vətən Müharibəsi Şəhid Rəşid Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə iştirak elədik və 1-ci yeri tutaraq qızıl medal qazandıq. Təqdimat mərasimində Şəhidin atası Rəşad Məmmədov kuboku komandamıza təqdim elədi. Sentyabr ayında isə komandamız İstanbul şəhərində keçirilən turnirin qalibi olmuşdur. Ötən ilin dekabr ayında mini futbol çempionatında iştirak edən “Crystal FC” çempionatın bitməsinə bir tur qalmış birinci yerin qazanılmasını təmin etmişdir. Bu yarışda 13 oyun keçirən komandamız, onların 11-də qələbə qazanmış, 1 oyunu heç-heçə ilə başa vurmuş, yalnız birində məğlub olmuşdur.
- Komandanın üzvləri haqqında nə deyə bilərsiniz?
- Komandamızın maraqlı sloqanı var “Bir komanda, bir həyəcan!” Bu şüar hər bir uşağın oyununda özünü göstərir. Onların hər biri unikal istedada malikdir və daim təkmilləşməyə çalışır.
Burada komandanın kapitanı Yusif Vəlizadənin, Məhəmməd Cəfərlinin, Həsən Əlizadənin, Nihad Şahhüseyninin, Nuran Mahmudovun və başqalarının adlarını çəkmək olar. Biz fəxr edirik ki, gənc futbolçularımız meydanda mükəmməl oyun nümayiş etdirməklə yanaşı, komandaya rəqabət, rəqiblərə hörmət və kollektiv ruh aşılayır.
Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıb, müxtəlif mükafatlar qazanıblar. Komandamız nəinki qələbələrə can atır, həm də hər bir futbolçunun fərdi, idmançı kimi yetişməsinə böyük önəm verir.
- Şahin müəllim, yaxın gələcəkdə idman klubunun planları və keçiriləcək futbol tədbirləri haqqında nə deyə bilərsiniz?
- İlk növbədə klub aşağı yaş qrupunda olan yeniyetmə və uşaqların klubumuza cəlb olunması üçün bir sıra tədbirlərin həyata keçirilməsini davam etdirəcəyik. Bununla yanaşı, həm mini futbol, həm də respublika səviyyəli yarışlarda iştirak etməyi planlaşdırırıq.
- Şahin müəllim, futbol klubunun yaradılmasının təşəbbüskarı və sizə dəstək olan insanlar haqqında nə deyə bilərsiniz?
- Crystal Futbol Klubunun yaradılmasında əsas təşəbbüskar və ideya müəllifi olan “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Futbol klubumuzun maddi texniki bazasının möhkəmlənməsində, təminat məsələlərinin həll olunmasında Pərviz müəllimin böyük zəhməti olmuşdur. Biz hər zaman onun dəstəyini və qayğısını yaxından hiss edirik. O, hər zaman stadiona gələrək oyunlarımızı, iştirak etdiyimiz turnir və çempionatları yaxından izləyir. Bu isə, yeniyetmə futbolçularımızın yaxşı oyun nümayiş etdirməsinə əlavə stimul verir.
- Komanda olaraq yaxın zamanlarda yerli çempionatlarda və xarici ölkələrdə keçiriləcək turnirlərdə iştirakınız nəzərdə tutulurmu?
- Azərbaycan futbol məktəbi ilə yanaşı xarici ölkələrin futbol məktəblərinin nümayəndələri ilə keçirilən birgə təlim- məşq toplanışları və yoldaşlıq görüşləri futbolçularımızın hərtərəfli inkişafında əvəzolunmaz təcrübə deməkdir. İtaliyanın Yuventus komandası tərəfindən iyun ayının ortalarında turnirdə iştirak etmək üçün bu yaxınlarda dəvət almışıq. Antalyada may ayının 16-da başlanan beynəlxalq turnirə dəvətliyik. Burada dünyanın mötəbər komandaları iştirak edəcəklər. İyun ayının sonunda isə İstanbul turnirinə də dəvət almışıq. İnanıram ki, futbolçularımız bu turnirlərdə layiqli nəticələr göstərəcəklər.
- Müsahibə üçün təşəkkürümüzü bildiririk.
- Buyurun.
Xəbər lenti
Hamısına baxDünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

