Azərbaycan dövləti mədəniyyətimizə xüsusi diqqət göstərir
17.09.2011 [10:23]
Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın bir qrup mədəniyyət xadimi müxtəlif fəxri adlarla təltif olunublar. Onlar bu fəxri adlara mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə layiq görülüblər.
Qeyd edək ki, dövlət başçısının Sərəncamı əsasında təltif olunanlardan Zabit Gülxan oğlu Nəbizadə “Xalq artisti” fəxri adına layiq görülüb. Qəzetimizə müsahibəsində Z.Nəbizadə onun sənətinə verilən qiymətə görə dövlət başçısına minnətdarlıq edib: “Allah Prezidentimizə cansağlığı versin. Dövlət başçısı daim sənət adamlarına diqqət və qayğı göstərir, hamıya öz layiqli qiymətini verir. özümün və ailəmin adından cənab Prezidentə minnətdarlığımı bildirirəm”.
“Xalqın gözü tərəzidir” - deyən, Xalq artisti sənət yoldaşlarına da uğurlar arzulayıb. Z.Nəbizadə deyib ki, cənab Prezidentin bu Sərəncamından sonra çoxsaylı təbriklər qəbul edir: “İnanın ki, telefonum susmur, hamı məni təbrik edir, sevinclərini bölüşürlər. Bununla da, mən xalqımın sevigisini görürəm, Allah xalqımdan razı olsun. Allah zəhməti olanların zəhmətini heç vaxt itirməsin. Mənə elə gəlir ki, heç kimin də zəhməti itmir”.
Onun sözlərinə görə, ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycan mədəniyyət və incəsənətini də məhv olmaq təhlükəsindən xilas edib: “Heydər Əliyev kimi böyük şəxsiyyət hakimiyyətdə olduğu dövrdə daim mədəniyyət və incəsənət nümayəndələri ilə təmaslarda olur, onlara qayğı göstərirdi. Məhz bu qayğının nümunəsi olaraq mən də indiyə qədər müxtəlif fəxri adlarla təltif olunmuşam. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sənət adamlarına diqqət və qayğı ilə yanaşı, ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin inkişafı ilə bağlı çox mütərəqqi tədbirlər görülür”.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən, Xalq artisti bu inkişafın kökündə dayanan siyasəti dəstəklədiyini vurğulayıb.
Z.Nəbizadə bildirib ki, Azərbaycan musiqisi bu gün dünya ölkələrində sevilir və dinlənilir. Onun sözlərinə görə, musiqimizdə mövcud olan milli koloritlər, insanın ruhunu oxşayan məqamlar dünya xalqlarını da valeh edir: “Mən xarici ölkələrdə çıxışlar etmişəm. Azərbaycan musiqisinin necə sevildiyinin də şahidiyəm. Düşünürəm ki, mədəniyyətimiz, milli musiqimiz dünya ölkələrində gözəl təbliğ olunur. Sözsüz ki, burada dövlətimizin dəstəyi əsas rol oynayır. Ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti intibah və tərəqqi dövrünü yaşayır. ölkənin inkişaf tarixinin son illərinə nəzər saldıqda, gələcəyə istiqamətlənmiş inkişafı şərtləndirən siyasətin təzahürlərini və nəticələrini görürük”.
Xalq artisti Z.Nəbizadə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının (YAP) da üzvü olduğunu diqqətə çatdırıb. Hələ 1997-ci ildən bu partiyanın üzvü olduğunu xatırladan Z.Nəbizadə YAP sıralarına qoşulmaqla ölkəmizdə inkişafın, görülən işlərin tərəfdarı olduğunu nümayiş etdirib: “YAP ölkəmizin ən aparıcı siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü siyasi təşkilat olmaqla, Azərbaycanın inkişafında xüsusi rola malikdir. Sənət adamları olaraq YAP-a üzv olmaqla bu partiyanın siyasətini dəstəklədiyimizi ifadə edirik. Fikrimcə, sənət adamlarının könüllü şəkildə bu partiyaya üzv olması cəmiyyətimizdə sağlam mühitin, mədəniyyətə olan qayğının ifadəsidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

