Şərqin çoxəsrlik ənənələri, Avropanın qabaqcıl təcrübəsi...
30.04.2022 [10:59]
Bakı Musiqi Akademiyasının zəngin inkişaf yolunda öz təcəssümünü tapıb
M.BAYRAMLI
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyasının (BMA) 101 ili tamam olur. Akademiya dahi bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı kimi fəaliyyətə başlayıb. Əlbəttə, bu tarixi salnamədə yada salınmalı və xatırlanmalı hadisələr çoxdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bilavasitə “sələfi” xalq konservatoriyası 1920-ci il may ayının 25-də respublikanın xalq komissarlığı maarif şöbəsinin qərarı ilə açılıb. Həmin ilin oktyabr ayında isə Azərbaycan Dövlət Konservatoriyası adlandırılıb. Konservatoriyaya rəhbərlik Üzeyir bəyə tapşırılıb. Birinci təhsil ilində burada 383 tələbədən 350-si azərbaycanlı olub.
Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqda da uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır.
Ü.Hacıbəyov dövrünün tanınmış sənətkarlarını və Rusiyada tanınmış musiqi kadrlarını Bakıya dəvət etməklə Azərbaycanda peşəkar musiqiçilərin yetişdirilməsi üçün əlverişli şərait yaradır və milli musiqi təhsili sistemini mükəmməl qurmağa nail olur. Onların hazırladığı yeni nəsil gələcək nəsli yetişdirən müəllimlər dəstəsinə çevrilir. Həmin illərdə hazırlıq keçmiş Q.Qarayev, C.Hacıyev, T.Quliyev və başqaları sonralar Moskva və Peterburq konservatoriyalarını uğurla bitiriblər və tanınıblar. Eləcə də Konservatoriyanın nəzdində qısamüddətli “Şərq musiqisi” pedaqoji kursları yaradılır və o dövrün tanınmış xalq sənətkarlarından - Seyid Şuşinski, Ələsgər Abdullayev, Hüseynqulu Sarabski, pianoçu Xədicə Qaibova, tarzənlərdən - Qurban Pirimov, Şirin Axundov, Həsən Əliyev və başqaları oxumaq üçün bu kurslara göndərilib. Üzeyir bəyin rəhbərliyi ilə xalq çalğı alətləri üçün proqramlar müzakirə olunub və qəbul edilib. Xalq musiqimizin inkişafında əvəzsiz xidmətləri olan tarzənlər Əhməd Bakıxanov, Əhsən Dadaşov, Baba Salahov, Bəhram Mansurov, Ağası Məşədibəyov, Səid Rüstəmov məktəbin layiqli nümayəndələridir. Eləcə də Bülbülün təşəbbüsü ilə 1932-ci ildə Elmi-tədqiqat Musiqi Kabineti yaradılıb. Kabinetdə zəngin folklor materialları toplanıb. Zakir Bağırov, Fikrət Əmirov, Səid Rüstəmov və digər bəstəkarlar ekspedisiyalara cəlb olunaraq xalq mahnılarını toplayıb və nota salıblar. Müxtəlif illərdə tanınmış musiqiçilər, bəstəkarlar, pedaqoqlar - Ü.Hacıbəyov, Bülbül, Ş.Məmmədova, B.Karaqiçeva, Q.Şaroyev, L.Rudolf, L.Rastrapoviç, Q.Qarayev, S.Hacıbəyov, C.Cahangirov, S.Rüstəmov, P.Brener, R.Atakişiyev, E.Səfərova və başqaları işləyiblər. Müasir dövrdə isə Akademiyanın müəllimləri arasında C.Hacıyev, A.Məlikov, T.Quliyev, X.Qasımova, S.Ələsgərov, X.Mirzəzadə, F.Bədəlbəyli, V.Adıgözəlov, A.Rzayev, A.Babayev, R.Quliyev və başqa görkəmli musiqiçilər fəaliyyət göstəriblər.
Bir sözlə, hələ ilk illərdən tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin sistemli öyrənilməsinə xüsusi diqqət göstərən Akademiya ötən müddət ərzində nailiyyətlərlə zəngin böyük bir inkişaf yolu keçib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Respublikanın ali musiqi təhsil ocağı ötən il 100 illik şanlı yubileyini qeyd edib. Xatırladaq ki, Prezident İlham Əliyev Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncam imzalamışdı. Akademiyada hazırda 207 əsas müəllim, 25 əvəz edici, o cümlədən 13 elmlər doktoru, 53 professor, 62 dosent, 62 fəlsəfə doktoru işləyir. Burada yüzlərlə istedadlı gənc təhsil alır.
Xəbər lenti
Hamısına baxDünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56

