Azərbaycan qadınının gözəllik rəmzi - kəlağayı
19.01.2022 [10:18]
Müşfiqə BAYRAMLI
Azərbaycanda milli mədəniyyətimizin və incəsənətimizin tərəqqisinə böyük diqqət göstərilir. Mədəniyyətimizin inkişafına hər zaman xüsusi qayğı göstərmiş, sənət adamlarından dəstəyini heç zaman əsirgəməmiş ümummilli lider Heydər Əliyevin qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ölkə daxilində və xaricində həyata keçirilən böyük layihələrin timsalında davam etdirirlər.
Qədim mədəniyyətimizin bir parçası olan kəlağayı sənətinin yaşadılması yönündə də son illər ölkəmizdə xeyli mütərəqqi addımlar atılıb. Belə ki, 2014-cü ildə kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə...
Azərbaycanda kəlağayıçılığın dəqiq tarixi məlum deyil. Qazıntılar zamanı ipək parçalardan hazırlanan geyim qalıqları arasında kəlağayıların da tapılması onun Azərbaycan xalqına məxsus geyim forması kimi hələ qədim dövrlərdən mövcud olduğunu deməyə əsas verir. Bu baxımdan ipəkdən toxunan qadın baş örtüyü kimi kəlağayı qədim Azərbaycanın geyim etnologiyasının bir hissəsidir.
Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək zəmanəmizə qədər gəlib çatan bu sənət növü haqqında hələ qədim yunan tarixçiləri Herodotun, Strabonun əsərlərində Qafqazda basma üsulla parçalara naxış salınması barədə qeydlər vardı.
İsmət və saflıq simvolu
Xalqımızın şifahi xalq ədəbiyyatı nümunələrində, xüsusilə də aşıq poeziyasında kəlağayı haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapıb. Böyük Azərbaycan şairi Molla Pənah Vaqif “Gülgün sərəndazın təzə gül kimi” və “Hayıf ki, yoxdur” adlı qoşmalarında kəlağayını belə təsvir edir:
Gah zaman başına tirmə şal bağlar,
Gah olur ki, zülf gizləyib, xal bağlar.
Kəlağayı qabağına al bağlar
Yaşılın altından, ağın üstündən,
* * *
Kəlağayı əlvan, qəsəbə qıyqac,
Altından cunası hayıf ki, yoxdur.
“Əsli və Kərəm” dastanında da baş örtüyümüz, eləcə də gözəllərin bər-bəzəyi, geyim-kecimi haqqında geniş təsvirlərə yer verilib:
Vəsməni çəkibdi qələm qaşına,
Ağ ipək çalmanı salıb başına...
* * *
Kəlağayın ucu sarı,
Açılır könlüm qubarı,
Söylə görüm kimin yarı,
Yaxan düymələ, düymələ!
Haqq aşığı Aşıq Ələsgər də dillər əzbəri olan qoşma və gəraylılarında kəlağayı örtmüş xanımın şəninə misralar düzərdi:
Gözəl, sənin nə vədəndi,
Kəsilib qısa tellərin?
Kəlağayı əlvan, qıyqacı,
Üstündən basa tellərin.
* * *
Başında herat kəlağay,
Hər paltarı darayıdı;
Bəşərə bənzətmək olmaz,
Göydə mələklər tayıdı.
İpək qanadlar
Qız-gəlinlərimizin, nənələrimizin nurlu simasına yaraşıq verən kəlağayı üzərindəki naxışlar arasında “buta”nın həmişə özünəməxsus yeri olub.
Qeyd edək ki, gənc qızların, orta və yaşlı qadınların örtdüyü kəlağayılar bir-birindən fərqlənirdi. Adətən, toy zamanı gəlinin başına qırmızı kəlağayı örtər, yasda hər kəs qara kəlağayıya bürünərdi. Gənc qadınlar və qızlar kəlağayını “örpək”, yaşlı qadınlar isə “çalma” və ya “dingə” üsulu ilə bağlayardılar.
Görkəmli sənətkar Hüseynqulu Sarabski XX əsrin əvvəllərində İçərişəhərdə keçirilmiş xınayaxdı mərasimini belə təsvir edir: “Cavan gəlinlər və qızlar xına isladar, dəf-dumbul çalğısı ilə gəlini gətirib oturdardılar. Qızlar ipəkdən sadə paltar geyinərdilər, saçlarını ortadan ayırıb hörərdilər və bəzəkləri olmazdı. Onlar başlarına kəlağayı örtərdilər. Gəlinlərin isə çətiri, bala birçəyi, həmayılı, cütqüqabağısı, ağ qızılı olardı. Yaşlı qadınlar tünd rəngli xaralardan paltar geyinər, başlarına isə dügürd kəlağayıdan çalma salardılar”.
Mentalitetimizin keşikçisi
Kəlağayını Azərbaycanda vaxtilə yeni qurulan ailənin təməli hesab ediblər. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılıqlarını ona kəlağayısını verməklə bildirərdilər. Kəlağayını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş.
Ənənəyə görə, uşaq dünyaya gələndə onu anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərmişlər.
Müharibənin, qan tökülməsinin qabağını almaq istəyən analarımız, nənələrimiz döyüşən tərəflərin arasına kəlağayı atanda onlar əl saxlayıb geri durar, kəlağayını ayaqlamazdılar.
Araşdırdıqca görürsən ki, kəlağayı sosial fərqləri də aradan qaldırıb, varlı qadınların kəlağayısı yoxsul qadınların kəlağayısından seçilməyib.
Həm tariximiz, həm bu günümüz
Bu gün səs-sorağı əsrlərin dərinliklərindən gələn ulu kəlağayıçılıq sənətinə maraq getdikcə artır. Sənətkarların xam ipəkdən hazırladıqları al-əlvan, zərif kəlağayılar dünyanın bir sıra ölkələrinə ixrac olunur. Əsrlər boyu Azərbaycan qadınının, qız-gəlinlərimizin ismət, həya, xanımlıq simvolu sayılmış kəlağayı müasir dövrdə də öz dəyərini qoruyub saxlayır.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

