Günay Əfəndiyeva İtaliyanın analitik xəbər portalına müsahibə verib
17.07.2021 [09:21]
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İtaliyanın nüfuzlu, mədəniyyət və sosial məsələlər üzrə analitik xəbər agentliyi olan “Lo Spessore”ya dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibə verib.
AZƏRTAC xəbər verir ki, portalın əməkdaşı, jurnalist Domeniko Letizia yazının əvvəlində Azərbaycan haqqında məlumat verib. O, 2021-ci ilin prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğunu bildirib. Qeyd edib ki, dünyaca məşhur şairin ölkədə və dünyada silsilə yubiley tədbirləri keçirilməkdədir. Domeniko Letizia yazıda şairin yaradıcılığının təbliği üçün bu vaxta qədər dövlət səviyyəsində görülən işlərdən də bəhs edib.
Domenika Letizia Nizami Gəncəvi yaradıcılığının müasir dövrdə yeni nəsillər üzərində təsir gücünü anlamaq üçün Beynəlxalq Türk Mədənniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan müsahibə götürdüklərini yazıb.
Günay Əfəndiyeva jurnalistin Nizami Gəncəvi ədəbi irsi, onun multikultural dəyərlər baxımından önəmi, müasir oxucu üçün Nizami yaradıcılığının əhəmiyyəti və müxtəlif incəsənət sahələrinin inkişafına təsiri haqqında suallarını cavablandırıb.
Fondun prezidenti müsahibəsində Nizami Gəncəvinin yaradıcılığının ədəbi və coğrafi sərhədlərə sığmadığını vurğulayıb. O, Höte, Erix From, Lui Araqon kimi məşhur avropalı alim və ədəbiyyatşünasların dahi Azərbaycan şairi və mütəfəkirinin yaradıcılığını yüksək qiymətləndirdikləriini bildirib. Jurnalistin Nizami yaradıcıllığında multikultural dəyərlərlə bağlı sualına cavabında Fondun prezidenti dahi şairin öz dövrünü 800-900 il qabağladığını qeyd edib. Bildirib ki, Nizami Gəncəvi Azərbaycan şairi olduğu qədər bəşəri şairdir. “Yeddi Gözəl” poemasından misallar gətirən Günay Əfəndiyeva şairin bütün millətləri eyni dərəcədə sevməyi aşıladığını bildirib. O qeyd edib ki, dahi şairin “Xəmsə”si bütövlükdə humanizm və miltikulturalizm konsepsiyasıdır. Fondun prezidenti Nizami Gəncəvinin özündən sonra böyük bir ədəbi məktəb yaratdığını diqqətə çatdırıb. Günay Əfəndiyeva Nizami yaradıcılığının həm öz dövründə, həm də müasir dövrdə müxtəlif sənət sahələrinin - klassik musiqinin, rəssamlığın, minyatür sənətinin inkişafına böyük töhfə verdiyini də bildirib.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50

