“Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda konfrans keçirilib
09.02.2021 [09:37]
Fevralın 5-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfrans zamanı Azərbaycanın və bütövlükdə türk dünyasının ayrılmaz parçası olan Dağlıq Qarabağ bölgəsində yerləşən tarixi, mədəni, dini abidələrə, incəsənət nümunələrinə dəyən zərər, eləcə də bu istiqamətdə görülə biləcək işlər müzakirə olunub. Konfrans, həmçinin videoformat şəklində də aparılıb.
Tədbiri açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib: “Şanlı Qələbədən sonra Qarabağ torpağı bütün türk xalqlarını daha da birləşdirib. 44 gün bizə Zəfərlə bərabər yenidən öz kimliyimizi qaytarıb və bu fəxarəti Azərbaycanla yanaşı, bütün türk dünyası yaşayır. Azərbaycanın Türkiyə ilə dostluq, qardaşlıq və dövlət rəhbərləri səviyyəsində sərgilədiyi həmrəylik bütün dünyaya bir nümunə olub”.
Qeyd edib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi arasında işgüzar və səmərəli iş birliyi qurulub. Bildirib ki, rəhbərlik etdiyi qurumun missiyası türk dünyasının zəngin tarixini, mədəniyyətini, adət-ənənələrini qorumaq, araşdırmaq və bütün dünyaya göstərməkdir.
“30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqların vəziyyəti bizi çox sarsıdıb. Biz bir neçə dəfə işğaldan azad olunan Füzuli və Ağdam rayonlarını ziyarət etmişik və oradakı acınacaqlı vəziyyətin canlı şahidi olmuşuq. Vaxtilə bu şəhərlər Azərbaycanın mədəniyyət mərkəzləri idi. Şuşa, Ağdam, Füzuli, bütövlükdə Qarabağ neçə-neçə bəstəkarların, xanəndələrin, şair və yazıçıların, eyni zamanda, Azərbaycan memarlığının şah əsərlərinin vətənidir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistan Azərbaycanın yüz illər boyu qoruduğu tarixi əsərlərin əksəriyyətini məhv edib. Ağdam dəhşətli dağıntılara məruz qalıb, Füzuli isə tamamilə yerlə-yeksan edilib. Qafqaz Albaniyası dövrünə aid yazılar silinərək, oraya erməni xaçları bərkidilib. Sonra bütün dünyaya erməni abidələri kimi təqdim edilib, eyni zamanda, ağaclar yandırılıb, ekoloji terror törədilib. Bununla bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ermənilərin törətdiyi cinayət əməllərini qətiyyətlə pisləyən, dünya ictimaiyyətini bu hallara obyektiv münasibət bildirməyə səsləyən bəyanatlar vermişdir”, - deyə Günay Əfəndiyeva vurğulayıb.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov 44 günlük Vətən müharibəsində qazanılan qələbəni bütün türk dünyasının sevinclə qarşıladığını bildirib. O qeyd edib ki, TÜRKPA-nın məqsədi parlamentlərarası əməkdaşlığın, dövlətlərarası siyasi dialoqun daha da genişləndirilməsinə, qanunvericilik aktlarının daha da uyğunlaşdırılmasına və türkdilli ölkələrlə digər ölkələr arasında qarşılıqlı, faydalı, bərabərsəviyyəli iş birliyinin inkişaf etdirilməsinə yönəlmiş fəaliyyətlərə töhfə verməkdir. Bildirib ki, təmsil etdiyi qurum hər il təşkil olunan plenar iclaslar zamanı xalqlarımız və dövlətlərimiz üçün faydalı qərarlar almağa çalışır. Həmçinin şəhərsalma sahəsində ehtiyac duyulan bütün texniki infrastrukturun inkişaf etdirilməsi üçün əməkdaşlıq etməyə hazırdır.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim qonaqları salamlayaraq, bu cür önəmli bir tədbiri təşkil etdiyinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürünü bildirib. Azərbaycan və Türkiyə dostluğuna toxunan səfir qeyd edib ki, iki qardaş ölkə arasında olan münasibətin keçmişinin təməli möhkəm, bu günü şərəfli, gələcəyi isə parlaqdır. Səfir, eyni zamanda, Qarabağda yerləşən maddi-mədəniyyət abidələrinin dağıdılması, talan edilməsi, mənimsənilməsi məsələsinə münasibət bildirərək, bu istiqamətdə görülə biləcək işlərdən danışıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Türkiyə 90-cı illərdə Azərbaycanın ən zəif durumunda - Qarabağ torpaqlarının işğal edilməsi günündən daim bu ölkənin yanında olub. 44 günlük müharibədə Türkiyə bir daha vurğulayıb ki, Qarabağ yarası sağalmayınca Türkiyənin də acısı bitməyəcək. Türkiyə 30 ilboyu Azərbaycanın - hər zaman qardaş xalqın yanında olacağını bütün dünyaya hiss etdirib: “İndi hər kəs bilir ki, Türkiyə və Azərbaycan tək ürəkdir. İndi də Azərbaycanın önündə duran əsas vəzifə dədə-baba yurdlarından qovulan vətəndaşların evlərinə dönməsi və buranı yararlı hala salmaq üçün Qarabağı - Qafqazın Hiroşimasını bərpa etməkdir. Türkiyə bu istiqamətdə də bütün dəstəyi verməyə hazırdır”.
Tədbirdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov çıxış edərək, təmsil etdiyi qurumun işğaldan azad olunan torpaqlarda şəhər və kəndlərin bərpası və planlaşdırılması istiqamətində işlərə başladığını bildirib. İlqar İsbatov qeyd edib ki, artıq Qarabağda bərpa olunacaq yerlərlə bağlı qərargah və digər mərkəzlər fəaliyyət göstərir ki, onların da birbaşa vəzifəsi şəhərsalma məsələləri ilə məşğul olmaqdır. Bildirib ki, təmsil etdiyi qurum tərəfindən işğaldan azad olunmuş 1 milyon 350 min hektar ərazinin inkişaf planının hazırlanması düşünülür və minə yaxın şəhər və kəndlərdə ərazi üzrə məlumatların toplanması, sistemləşdirilməsi işi təşkil edilir. Hazırda bu istiqamətdə sürətli addımlar atılır.
Konfransda Türkiyə Respublikası ətraf mühit və şəhərsalma nazirinin müavini Mücait Demirtaş da çıxış edərək, Qarabağın işğaldan azad olunmasını tarixi Qələbə adlandırıb. O, “Dünənə qədər bütün dünya Qarabağın işğalını, bu gün dastan olan Zəfərini danışıb. Gələcəkdə isə Türkiyə və Azərbaycanın birlikdə yenidən bərpa edəcəyi Qarabağın dirçəlməsini danışacaq”, - deyə vurğulayıb. Nazir müavini, həmçinin birlikdə görüləcək işlərin vacibliyindən bəhs edərək, iki ölkənin birlik rəmzinin hər gün bir az daha sübut olunacağını qeyd edib.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Qazi Universitetinin rektoru Musa Yıldız, TDMMB Ankara Mərkəz şöbəsinin rəhbəri Murad Koru və digər iştirakçılar konfransda çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüb, gələcək planlar haqqında danışıblar.
Sonda konfrans iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31

