/ / Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu işğal olunmuş ərazilərimizdə mədəni və təbii irsin vəziyyəti ilə bağlı bəyanat yayıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu işğal olunmuş ərazilərimizdə mədəni və təbii irsin vəziyyəti ilə bağlı bəyanat yayıb
07.11.2020 [08:58]
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni və təbii irsin vəziyyəti ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Dağlıq Qarabağ ərazisində və onun ətraf rayonlarında yerləşən, yalnız Azərbaycana deyil, bütövlükdə türk dünyasına məxsus olan tarixi abidələrin vəziyyəti ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ciddi narahatlığı ifadə olunur.
Bəyanatda deyilir: “İşğalçı qüvvələr əcdadlarımızın yaratdığı qiymətli memarlıq nümunələrini dağıtmış, bununla da dünyamiqyaslı mədəniyyət tarixinə böyük ziyan vurub. Maddi-mənəvi dəyərlərin məqsədyönlü şəkildə məhv və talan edilməsi, mənimsənilməsi, tarixin saxtalaşdırılması təcavüzkar siyasətin əyani sübutudur. Qədim Alban xristian kilsələrinin saxta yollarla “erməniləşdirilməsi” və qədim müsəlman dini abidələrinin təhqir olunması, zəngin fauna və flora mənbəyi olan meşələrin yandırılaraq məhv edilməsi, qlobal ekoloji tarazlığın kobud şəkildə pozulması Ermənistan işğalçılığının insanlığa yaraşmayan nəticəsidir. Minilliklərin sınağından keçmiş, bir çox müharibələrin, təbiət hadisələrinin şahidi olmuş bu abidələr canlı bir varlıq kimi bəşəri-mədəni irsin dəyərli nümunələri sırasında özünü qoruya bilib. Ancaq XXI əsrdəki təcavüzlər, həmin minilliklərin belə toxunmadığı abidələri yerlə-yeksan etmiş, Böyük İpək Yolunun keçdiyi bu ərazilərdəki karvansaraları, unikal arxitekturalara malik qədim məscidləri, mədrəsələri, körpüləri dağıntılara məruz qoyub. Zəbt edilmiş ərazilərdəki çoxəsrlik sənət nümunələrinə qarşı belə bir qəddar münasibət beynəlxalq hüquq normalarına və beynəlxalq konvensiyalara tamamilə ziddir. Bu sənədlərə əsasən, işğalçı ölkə Azərbaycan ərazilərində törədilən vandalizm aktlarına görə birbaşa hüquqi məsuliyyət daşıyır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəşəri mahiyyətli tarixi abidələrin məhv edilməsinə yönəlmiş cinayət əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti buna laqeyd qalmamağa, öz etiraz səslərini ucaltmağa çağırır. Tarixi mirasın məhv edilməsi bəşəriyyəti əsrlərboyu mövcud olmuş qiymətli sərvətlərdən məhrum edir. Biz bütün beynəlxalq təşkilatlara müraciət edərək, onları beynəlxalq hüquq çərçivəsində Ermənistan tərəfinin məsuliyyətə cəlb olunması yönündə səylərini birləşdirib, təcili tədbirlər görməyə səsləyirik. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu istiqamətdə bütün əməkdaşlıqlara hazırdır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

