"Tanınmamış Salahov" Londonun məşhur "Sotheby’s" qalereyasında
27.02.2010 [21:36]
Azərbaycanın zəngin mədəniyyət nümunələri dumanlı Albionun paytaxt sakinlərini valeh etməkdə davam edir. Yüzgünlük incəsənət proqramı çərçivəsində təşkil olunan silsilə tədbirlər britaniyalılara Azərbaycanı özləri üçün yenidən kəşf etmək imkanı yaradıb. “Tanınmamış Salahov”-dünya mədəniyyətinin canlı əfsanəsi, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq rəssamı Tahir Salahovun Londonun nüfuzlu “Sotheby’s” (“Sotbis”) qalereyasında sərgilənən 30 əsərdən ibarət kolleksiya bu qəbildən olan növbəti tədbir idi. Sərgi “Buta” incəsənət mərkəzi və Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən təşkil olunub. Mərkəzin rəhbəri Nəsib Piriyev qəzetimizə müsahibəsində tədbirdə Londonda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri və diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyini bildirib. Açılış mərasimində çıxış edən “Sotheby’s” qalereyasının direktoru lord Poltimor və Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov sərginin keçirilməsini yüksək qiymətləndirərək, London sakinlərini Azərbaycanın zəngin mədəni irsi və görkəmli incəsənət xadimlərinin fəaliyyəti ilə tanış etməyin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, belə sərgilər ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə, adət-ənənələrimizin öyrənilməsinə yardım, xalqlarımızı bir-birinə daha yaxşı tanımağa və anlamağa kömək edir. Kolleksiyanın müəllifi Tahir Salahov çıxış edərək, ünvanına söylənən xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edək ki, “Buta”nın təşkil etdiyi bu sərgi “Azərbaycan incəsənətinin 100 günü” festivalı çərçivəsində Londanda təşkil olunan sayca 18-ci tədbirdir. Festival ötən ilin noyabrın 25-də “Queen Elizabeth Hall”da cazmen Şahin Növrəslinin konsert proqramı ilə start götürüb. Nəsib Piriyevin sözlərinə görə, festival çərçivəsində “Pushkin House”da Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş filmlər nümayiş olunub. Bundan əlavə, istedadlı pianoçularımız Ayan Salahova və İsfar Sarabskinin konsertləri təşkil edilib. Məşhur fotojurnalist Rəna Əfəndinin əsərlərinin sərgisi dumanlı Albionun paytaxt sakinlərini valeh edib. Festival çərçivəsində, həmçinin, “Kings Collage London”da “Bakıda 1990-cı ilin Qara Yanvar hadisələri haqqında” konfrans təşkil olunub, eləcə də London sakinləri A.Maşinin foto-sərgisi vasitəsilə Azərbaycan qaçqınlarının taleləri və həyatları ilə tanış olmaq imkanı qazanıblar. Nəsib Piriyevin sözlərinə görə, “Azərbaycan incəsənətinin 100 günü” festivalına martın 7-də “Southbank Centre”də Böyük Britaniyanın məşhur Kral Filarmonik orkestrinin iştirak edəcəyi böyük qala-konsert proqramı ilə yekun vurulacaq. Festivalın başa çatmasından bir neçə gün əvvəl Kral musiqiçiləri görkəmli bəstəkarımız Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcək. Konsertdə royal partiyalarını istedadlı gənc musiqiçi Murad Hüseynov ifa edəcək. Bir sözlə, britaniyalılar ötən 100 gün ərzində Azərbaycan incəsənəti ilə tanışlıqdan aldıqları zövqü uzun müddət xatirələrində yaşadacaqlar.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39

