/ / “Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08.04.2020 [14:15]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli qərarına əsasən, ölkəmizin ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan olunan karantin dövründə xüsusi iş rejimi tətbiq edilib. Qərarda xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının fəaliyyəti ilə bağlı müvafiq müddəalar əksini tapıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyəti də sözügedən qərara uyğun olaraq tənzimlənir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə başladılan “Evdə qal, evdə yarat” kampaniyası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Nazirlikdən verilən məlumata əsasən, teatrlar fəaliyyətlərini müvəqqəti dayandırsalar da, repertuarlarından seçmə tamaşaları “youtube” kanalı və sosial şəbəkə səhifələri üzərindən nümayiş etdirirlər.
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Akademik Milli Dram Teatrının tamaşalarının onlayn nümayişi davam edir. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da “facebook” sosial şəbəkəsində təqdim olunan səhnə əsərlərinə böyük maraq var. Tamaşalar ölkə daxilində olan teatrsevərlərlə yanaşı, Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də izlənilir.
Teatr aprel ayı üçün virtual repertuarını hazırlayıb. Bu ay ümumilikdə 30 tamaşanın nümayişi planlaşdırılır. Buraya teatrın hazırkı repertuarında olan və böyük tamaşaçı marağı qazanmış “Almaz”, “Cəhənnəm sakinləri”, “Sinif yoldaşları”, “Müfəttiş”, “Bir, iki, bizimki” və s. səhnə əsərləri ilə yanaşı, vaxtilə nümayiş etdirilən və böyük maraqla qarşılanan “Aydın”, “Köhnə ev”, “Özümüzü kəsən qılınc”, “Mənim ərim dəlidir”, “Mesenat”, “Generalın son əmri”, “Uçqun” və başqa tamaşalar daxildir.
“Yuğ” Teatrı “Evdə qal, teatrsız qalma” adlı sosial kampaniyaya start verib
Azərbaycan Dövlət “Yuğ” Teatrı da “Evdə qal” çağırışına qoşularaq "Evdə qal, teatrsız qalma” adlı sosial kampaniyaya başlayıb. Minimal resurslar çərçivəsində mümkün olduğu qədər teatrın tamaşaları “evdəqalteatrsızqalma” haştaqı ilə sosial şəbəkələrdə paylaşılır. Aprel ayı üçün virtual nümayişi nəzərdə tutulan tamaşaların repertuarı müəyyənləşdirilib. Həftədə 2 dəfə sənət ocağının “facebook”, və “youtube” hesablarında tamaşaların videolarının paylaşılması nəzərdə tutulub.
Kukla Teatrı da işini karantin qaydalarına uyğun qurub
Koronavirus pandemiyası ilə bağlı ölkənin bütün teatr-konsert müəssisələri kimi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da işini karantin qaydalarına uyğun quraraq insanlara evdə qalmaqla tamaşa izləmək imkanı yaradıb. Teatrın mətbuat xidmətindən "Yeni Azərbaycan" qəzetinə bildirilib ki, sənət ocağının sosial şəbəkə ünvanları, eləcə də "youtube" kanalında bir neçə populyar tamaşa yerləşdirilib.
Daha çox sosial şəbəkə hesablarından canlı yayımlar edən aktyorlar dünya və xalq ədəbiyyatından nümunələr, nağıllar, pyeslər səsləndirir, tamaşalardan səhnəciklər göstərirlər. Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası da sosial izolyasiya çağırışlarına balaca aktyorların dilindən qoşulur və həvəskar aktyorlar böyüklərə müraciətlər edərək sosial təcridə səsləyirlər.
Musiqili Teatrdan "Evdə qal!" kampaniyası çərçivəsində yeni layihə...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da "Evdə qal!" kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin sənət adamları ilə yeni layihəyə imza atıb. Teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçiləri virtual şəkildə bir araya gələrək maraqlı bir musiqi nömrəsi təqdim ediblər.
Bakı Uşaq və Gənclər Teatrı izləyiciləri tamaşalara internet üzərindən baxmağa dəvət edir
Eyni zamanda, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı bəşəriyyətin bəlasına çevrilən koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə tamaşaçıların evdən çıxmamaq şərtilə tamaşalara baxa bilməsi üçün yeni bir təşəbbüs irəli sürüb. İdarədən qəzetimizə bildirilib ki, “Əyriqulaq dovşan”, “Günahsız günahkarlar”, "Çay dəstgahı", “Sehrli tütək”, “Pəltək cücə”, “Kimdir müqəssir”, “Humayın yuxusu” tamaşaları internet üzərindən nümayiş olunacaq.
Ölkənin ilk inklüziv ƏSA Teatrı onlayn fəaliyyətə start verib
Ölkənin ilk inklüziv ƏSA Teatrı onlayn fəaliyyətə başlayaraq, #evdəbax kampaniyasına start verib. Teatrdan bildirilib ki, “facebook” sosial şəbəkəsinin canlı yayımı vasitəsilə ƏSA Teatrının səhifəsində repertuara daxil olan “Adamlar və siçanlar”, “Paris partladı”, “Göy quş”, “Nəsimi: Sirri-ənəlhəq” və “And” tamaşaları nümayiş etdiriləcək. Tamaşaların nümayişi canlı yayım vasitəsilə olduğundan əvvəlcədən təyin olunmuş saatda baş tutacaq.
“Şirvanşah I Xəlilullah” adlı tamaşa onlayn nümayiş etdirilib
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi Şirvanşahlar sarayında “Şirvanşah I Xəlilullah” adlı tamaşanın nümayişinə start verib. İdarədən bildirilib ki, tamaşa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin tələbələrinin ifasında səhnələşdirilib. Əsas məqsəd ilk dəfə olaraq teatrı muzeyə gətirməklə tarixi şəxsiyyətləri ziyarətçilərlə məkanında görüşdürmək və sarayın qədim divarları arasında əsrləri qovuşdurmaqdır.
Tamaşanın digər maraqlı cəhəti də ondadır ki, burada obrazlar hərdən öz dövründən çıxaraq müasir dövrümüzə düşür, tamaşaçılarla birbaşa interaktiv ünsiyyətdə olurlar. Bu yolla auditoriyaya canlı tarix dərsi keçir, önəmli mesajlar verirlər.
İrəvan Teatrı “Evdə qal, tamaşa izlə” devizi ilə teatrsevərlərin virtual görüşünə gəlib
Öz növbəsində, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da “Evdə qal, tamaşa izlə” devizi ilə teatrsevərlərin virtual görüşünə gəlib. “Evdə qal, tamaşa izlə” devizi altında sosial şəbəkə üzərindən (https://www.facebook.com/irevanteatri/) aprel ayı ərzində tamaşalar nümayiş etdiriləcək.
Füzuli Dövlət Dram Teatrından onlayn tamaşalar...
Füzuli Dövlət Dram Teatrı da tamaşalarını onlayn nümayiş etdirir. Repertuara E.Əfəndiyevin “Qatil”, A.Həsənoğlunun “Yaddaş”, H.Mirələmovun “Xəcalət”, Ə.Orucoğlunun “Nənənin kələyi”, Ş. Qurbanovun ”Olmadı elə, oldu belə”, M.F.Axundzadənin “Müsyo Jordan və “Dərviş Məstəli Şah tamaşaları daxildir.
Bir sözlə, Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsimizi onlayn tamaşalar vasitəsilə evlərimizə gətirmək, tamaşaçılara incəsənət zövqü yaşatmaq üçün bütün imkanlar səfərbər edilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

