/ / “France 2” televiziya kanalı “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmini yayımlayıb
“France 2” televiziya kanalı “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmini yayımlayıb
19.02.2020 [10:18]
Heydər Əliyev Fondu və Fransadakı səfirliyimizin dəstəyi ilə hazırlanmış “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filminin 1-ci hissəsi “France 2” televiziya kanalının “İslam” verilişində yayımlanıb. Kanalın çəkiliş qrupu göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Fransadakı səfirliyimizə təşəkkürlərini bildirib.
AZƏRTAC xəbər verir ki, filmdə Azərbaycanın din tarixi, İslamın gəlişi, bu gün dövlət-din münasibətləri, müxtəlif dini icmaların fəaliyyəti, multikulturalizm haqqında geniş məlumat verilir.
Ölkəmizdə səfərdə olmuş fransız jurnalistlər dini icmaların rəhbərləri və nümayəndələri ilə görüşlərini lentə alaraq “France 2” televiziya kanalının geniş auditoriyasına təqdim ediblər. Müxtəlif dini icmaların nümayəndələrinin müsahibələri vasitəsilə ölkəmizdəki mədəniyyətlər, etnik qruplar və dinlərarası münasibətlər televiziya tamaşaçılarına çatdırılıb.
Filmin 1-ci hissəsində “Bibiheybət məscid ziyarətgahı”, “Təzə pir” məscidi, Bakıdakı kilsələr və sinaqoqlar, Gəncə İmamzadəsi, Nizami türbəsi, Qubadakı Qırmızı Qəsəbə, Alban-Udi kilsəsi və digər ibadətgahların tarixi və bu günü haqqında ətraflı məlumat verilib. Bakının ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Sammitindən danışılıb.
Filmdə müsəlman ölkəsi olan Azərbaycanın mədəniyyətlər və dinlərarası platforma olduğu, burada müxtəlif dinlərin nümayəndələrinin mehriban yaşayışı diqqətə çatdırılıb. Ölkəmizin Şərq və Qərb arasında körpü olduğuna toxunularaq, onun Böyük İpək Yolu üzərində yerləşdiyi bildirilib. Tarixi və dini abidələrlə zəngin olan Azərbaycanın sivilizasiyaların kəsişməsində yerləşdiyi vurğulanıb.
Filmin ideya rəhbəri Beynəlxalq Frankofoniya Təşkilatının dəstəyi ilə yaradılmış Qadın Frankofon Yazıçılar Parlamentinin sədri Fövziyə Zuari, rejissoru Bualem Geritli, prodüseri Cellul Bequra, tərcüməçisi Şəhla Ağalarovadır.
Xatırladaq ki, filmin 1-ci hissəsini fevralın 23-dək “France 2” televiziya kanalının saytında izləmək olar. Filmin 2-ci hissəsi fevralın 23-də səhər “France 2” televiziya kanalının “İslam” verilişində yayımlanacaq.
Xəbər lenti
Hamısına baxAnalitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11

