Elza İbrahimovanın anadan olmasından 82 il ötür
10.01.2020 [11:42]
“Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə”…
Bu gün mahnıları ilə yaddaşlarda dərin iz qoymuş, görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın anadan olmasının 82-ci ildönümü tamam olur.
Məlumat üçün bildirək ki,o, 1938-ci il yanvar ayının 10-da Hacıqabul rayonunda anadan olub. Məktəbi bitirdikdən sonra 1953–1957-ci illərdə Asəf Zeynallı adına musiqi kollecində orta musiqi təhsili alıb, 1957–1964-cü illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında böyük bəstəkar Qara Qarayevin sinfində oxuyub.
Əmək fəaliyyətinə 1957-ci ildən etibarən ayrı-ayrı musiqi məktəblərində konsertmeyster kimi başlayan Elza İbrahimova 1970–1972-ci illərdə Azərbaycan Respublikası Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib, 1972–1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda və 1985–1993-cü illərdə Asəf Zeynallı adına musiqi kollecində çalışıb.
Bəstəkarlıq fəaliyyəti ilə hələ tələbəlik illərindən məşğul olan Elza İbrahimova öz fitri istedadı və tükənməz enerjisi sayəsində musiqi sənətinin incəliklərini dərindən mənimsəyərək ayrı-ayrı janrlarda çoxsaylı əsərlər yaradıb. Onun fortepiano və skripka üçün konsertləri, simfonik poema, oratoriya və operaları musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Sənətkar, həmçinin bir neçə teatr tamaşasına musiqilər bəstələyərək bu janrda da özünü sınayıb. Peşəkar musiqiçinin meydana gətirdiyi bütün bu əsərlər məzmun dərinliyi və yüksək bədiiliyi ilə səciyyələnir.
Elza İbrahimova müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında xüsusi xidmətlər göstərib. Onun müxtəlif illərdə bəstələdiyi və Rəşid Behbudov kimi görkəmli müğənnilərimizin repertuarında xüsusi yer tutan mahnıları bəstəkara geniş şöhrət gətirib. Bəxtiyar Vahabzadə, Əlağa Kürçaylı, Rəfiq Zəka və digər şairlərin sözlərinə yazılan, yarım əsrdən artıq bir dövr ərzində səslənən bu mahnılar öz emosionallığı və melodikliyi sayəsində dinləyicilər arasında böyük rəğbət qazanıb.
Elza İbrahimovanın musiqi mədəniyyətinin inkişafı sahəsində xidmətləri həmişə yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının və o cümlədən Dağıstan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.
Qeyd edək ki, Elza İbrahimova iki dövlətin – həm Azərbaycanın, həm də Dağıstanın Xalq artisti, həmçinin Azərbaycanın Əməkdar incəsənət xadimi kimi yüksək fəxri adlara layiq görülmüş yeganə dağıstanlı qadındır. O həm də 2002-ci ildən Azərbaycan Prezidentinin təqaüdçüsü olmuş yeganə dağıstanlı qadın bəstəkar idi.
Hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə qoymuş tanınmış bəstəkar, təcrübəli pedaqoq Elza İbrahimova Azərbaycan musiqisi yaşadıqca yaşayacaqdır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

