Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
23.07.2019 [09:35]
İyulun 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan-Qırğız ədəbi əlaqələri dünən, bu gün və sabah” mövzusunda iki ölkə nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbəri olduğu layihə çərçivəsində nəşr olunmuş “Gənc Qırğız şeiri antologiyası” təqdim edilib.
Təqdimatda “Kaspi” qəzetinin kollektivi, Qırğız Milli Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri təmsilçisi Əkbər Qoşalı antologiya barədə məlumat verib: “Bu antologiyada müstəqillik dövrü Qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb. Bir neçə ziyalılarımız bu kitaba rəy, məsləhətçi və “Ön söz” müəllifi kimi öz töhfələrini veriblər. Həmçinin Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov və Milli Məclisin deputatı Cavanşir Feyziyevin də antologiya ilə bağlı təəssüratları kitabda qeyd edilib. Bu görüş həm də Qırğız-Azərbaycan ədəbi əlaqələri ilə yanaşı, ədəbi qurumlar arasında da yeni bir əməkdaşlıq yaradacaq. Qırğızıstanla Azərbaycan arasında olan əlaqələrin köklü keçmişi var. Çünki eyni kökdən gəlirik. Sovet dövründə bir-birimizə daha yaxın olmuşuq. Amma son illərdə bu əlaqələr ortaq türk qurumları, eyni zamanda, “Kaspi” qəzetinin nüfuzlu nəşrləri sayəsində yeni bir mərhələyə keçdi”.
Tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva qeyd edib ki, hər bir türkdilli xalqın nümayəndəsi üçün Azərbaycan həm də onun ikinci vətənidir: “Biz eyni ruhun daşıyıcılarıyıq, eyni kökdən gələn xalqlarıq. Bununla da qürur duyuruq ki, biz kök etibarı ilə türkük, eyni zamanda, yer üzündə ilk dəfə Tanrının səsini eşidən türk övladıyıq. Bu gün qarşımızda çox müqəddəs kitab var. Bu şeir antologiyada gənc qırğız şairlərinin şeirləri toplanıb. Şeirləri oxuduqca mənə çox təsir etdi”.
S.Vəliyeva kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Antologiyanın çox mühüm bir toplu olduğunu bildirən Qırğız Milli Yazıçılar Birliyinin başçısı Nurlan Kalıbekov deyib ki, qırğız ədəbiyyatı dünyaya Çingiz Aytmatov kimi ədib bəxş edib. Azərbaycanın da görkəmli yazıçıları, şairlərinin olduğunu söyləyən qonaq ədiblərimizin əsərlərinin qırğız dilinə daha çox tərcümə edilməsinin vacibliyini söyləyib. O, Qırğız şairlərinin Azərbaycanda təbliğ olunmasının yaxşı bir ideya olduğunu diqqətə çatdırıb. Bildirib ki, yaşadığımız qloballaşma dövründə bir-birimizlə dost olmağımız çox vacibdir.
Sonda qonaqlar qarşılıqlı hədiyyələr təqdim edib.
Qeyd edək ki, iyulun 23-də Azərbaycanda Atatürk Mərkəzində də antologiyanın təqdimatı keçiriləcək.
Xəbər lenti
Hamısına baxHadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07

