Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində növbəti panel iclaslar təşkil edilib
06.07.2019 [10:13]
İyulun 5-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində növbəti panel iclaslar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, ilk iclas Afrikada gənclər, innovasiya və davamlılıq mövzusuna həsr olunub. İclasda çıxış edən UNESKO-nun Baş direktorunun müavini Ernesto Ottone Ramirez Afrika qitəsində yüksək demoqrafik inkişafın müşahidə edildiyini, 600-dək mühafizə zonasının olduğunu bildirib, gənclərin qitənin gələcək inkişafında böyük rol oynayacaqlarını vurğulayıb.
Keniyadan və Kamerundan olan gənclər - Njeri Mbure və Benis Nchang qitədə gənclərin maariflənməsi, onların mədəni irsin qorunması sahəsində təcrübələrinin artırılması, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən proqramlar və layihələr barədə məlumat veriblər.
Çin Xalq Respublikası və Böyük Britaniya tərəfindən təşkil olunan növbəti panel iclasda Böyük Çin Səddi və Hadrian divarının mühafizəsi sahəsində təcrübə mübadiləsi aparılıb. Çıxışçılar hər iki mədəni irs nümunəsinin mühafizəsi və idarə edilməsi sahəsində öz ölkələri tərəfindən görülən işlər barədə danışıblar.
“Ümumdünya İrs Komitəsi və mədəniyyətlərin uzlaşması” mövzusunda panel iclasda dünya irsi vasitəsilə mədəniyyətlərin uzlaşmasında UNESKO-nun rolundan söhbət açılıb. Beynəlxalq Sarayevo Universitetinin professoru Amra Mostar Sarayevo şəhərində yerləşən “Stari Most” tarixi-memarlıq abidəsinin təmir-bərpası ilə bağlı layihənin təqdimatı ilə çıxış edib.
Növbəti plenar iclasın mövzusu UNESKO Ümumdünya İrs mərkəzləri və institutlarının fəaliyyətlərinə həsr olunub. İclasda təşkilatın “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının səmərəli icrası ilə əlaqədar irs mərkəzləri və institutların rolu barədə fikir mübadiləsi aparılıb.
Plenar iclaslar müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

