/ / Parisdə Azərbaycan qadınına səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş konsert olub
Parisdə Azərbaycan qadınına səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş konsert olub
08.06.2019 [07:32]
Azərbaycanın Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının və “Azərbaycan Evi” Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizdə qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin siyasi məsələlər üzrə müşaviri Vaqif Ağayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, Cümhuriyyətin ən böyük nailiyyətlərindən biri də qadınlara səsvermə hüququnun verilməsidir. Cümhuriyyət dilindən, cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verib.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətindən, iki ölkə arasındakı münasibətlərdən, qardaşlaşmış şəhərlərdən söz açıb.
Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın - Ədilə Hüseynzadə haqqında ətraflı məlumat verib. O, çıxışında A.Çexovun “İnsanda hər şey gözəl olmalıdır: həm üz, həm geyim, həm ürək, həm fikirlər” kəlamını Ədilə Hüseynzadəyə şamil edərək, onun musiqiyə, sənətə hədsiz vurğunluğunu diqqətə çatdırıb. Müəllimi olmuş Ə.Hüseynzadənin həyat və yaradıcılığından danışan professor onun XX əsrin 40-cı illərində Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəldiyini bildirib. O, Ə.Hüseynzadənin bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratdığını qeyd edib. Bəstəkarın yaradıcılığında romans janrına üstünlük verdiyi diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə, Əməkdar artist Aleksey Miltıxinin ifasında bəstəkarın əsərləri səsləndirilib.
Musiqimizi ölkəmizdə və xaricdə uğurla təmsil edən Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin müxtəlif illərdə yazmış olduğu romansları səsləndirib.
Azərbaycan musiqisinə sonsuz sevgisi F.Hacıyevanı daim axtarışlara, müasir musiqi mədəniyyətimizə fayda vermək naminə fəaliyyət göstərməyə, ötən əsrdə yazılmış əsərlərə novatorluqla yanaşmağa sövq edir. Konsertdə “Mənim arzum”, “Yaşamaq”, “Gözlərin matəmi Xirosima” (Rəsul Rza), “Günəşdən gənclik istədim” (Nigar Rəfibəyli), “Çiçək” (Aleksandr Puşkin), “Yadigar”, “Qara gözlər” (İsmayıl Soltan) və digər romanslar səsləndirilib. Daim yaradıcılıq axtarışında olan Fidan Hacıyeva ifası ilə bu əsərləri fransalı tamaşaçı auditoriyasına uğurla çatdırıb. Parisdə ikinci dəfə konsert verən F.Hacıyevanın ifası tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Fransız musiqisevərlər ilk azərbaycanlı qadın bəstəkarın musiqilərini maraqla qarsalayıblar.
Konsertdən sonra Fidan Hacıyeva sənətini sevənlər onunla söhbət edib, xatirə şəkilləri çəkdiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

