Azərbaycanlı rəssamın əsərləri Türkiyədə sərgilənir
16.04.2019 [09:24]
Türkiyənin İzmir şəhərində Azərbaycan-Türkiyə birgə rəsm sərgisi açılıb. Konak bələdiyyəsi tərəfindən Türkan Saylan Mədəniyyət Mərkəzinin Sənət Qalereyasında təşkil olunan tədbirdə azərbaycanlı rəssam Gülnarə Muxtarova Pamuk və türk rəssam Ahmet Rüştü Doğanın əsərləri sərgilənib. 11-19 aprel tarixlərində keçirilən tədbirə ümumilikdə 32 rəsm əsəri təqdim olunub. Türk dünyasının qardaşlıq tablolarının da yer aldığı ekspozisiyada müxtəlif mövzulu sənət əsərlərini görmək mümkündür. Belə ki, azərbaycanlı rəssamın 17 əsərində “Xocalı soyqırımı”, “Çanaqqala döyüşü”, “Ananın duası”, “Qardaşlıq”, “Bakının təsviri”, “Azərbaycan”, türk rəssamın isə 15 əsərində sosial qeyri-bərabərlik mövzuları yer alıb.
Rəssam Gülnarə Muxtarova Pamuk tədbirin əsas məqsədinin Azərbaycanı Türkiyədə, eləcə də dünyada daha geniş tanıtmaqdan ibarət olduğunu bildirib. İki ölkə arasındakı qardaşlıq münasibətlərinin yaradıcı nəslə ilham qaynağı olduğunu vurğulayan fırça ustasının sözlərinə görə, belə tədbirlər ölkəmizlə Türkiyə arasındakı mədəni əlaqələrin daha da genişlənməsində körpü rolunu oynayır.
Qeyd edək ki, bu, azərbaycanlı rəssamın Türkiyədə keçirilən ilk sərgisi deyil. 7 il ərzində G.Muxtarovanın əsərləri müxtəlif sərgilərdə nümayiş olunub. Həmçinin azərbaycanlı rəssam bir sıra mükafatlarla təltif olunub. Onun əsərlərinin bu ilin sonunda Belçikada da sərgilənməsi planlaşdırılır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08

