Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
19.02.2019 [09:58]
Heydər Əliyev Mərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış nadir avanqard kolleksiya nümayiş olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərgi ilə bağlı fikirlərini bölüşüb. Ölkəmizin mədəni həyatında bir çox tədbirlərin keçirildiyini deyən Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzi ənənəvi olaraq bu cür tədbirlərin təşkil edildiyi məkana çevrilib. Burada keçirilən tədbirlər hər zaman yüksək qiymətləndirilir. Bu layihənin üzərində uzun zamandır iş aparıldığını deyən direktor sərginin ərsəyə gəlməsindən məmnunluğunu bildirib. O, sərginin ölkəmizdə ilk dəfə keçirildiyini diqqətə çatdıraraq layihənin reallaşmasında göstərdikləri dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sərginin fevralda açılmasının təsadüfi olmadığını vurğulayan Anar Ələkbərov bildirib ki, bu ay tanınmış avanqard klassiki, sərgidə əsərləri nümayiş olunan Kazimir Maleviçin anadan olmasının 140 illik yubileyi qeyd edilir.
Heydər Əliyev Mərkəzinin direktoru layihənin reallaşmasında Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Borodanın və sərginin kuratoru, incəsənət tarixçisi Andrey Sarabyanovun da xidmətlərini xüsusi vurğulayıb.
Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda deyib ki, Rusiyanın regional muzeylərindən toplanan bu əsərlərin nümayişi Heydər Əliyev Mərkəzi, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Moskva Müasir İncəsənət Muzeyinin birgə səyləri nəticəsində mümkün olub. Aleksandr Boroda rəhbərlik etdiyi mərkəzin uzun illərdir Heydər Əliyev Mərkəzi ilə səmərəli əməkdaşlıq qurduğunu diqqətə çatdıraraq deyib: “Biz Heydər Əliyev Fondunun rəhbərliyinin qarşılıqlı hörmət və tolerantlıq prinsiplərini tam dəstəkləyirik. Azərbaycan Prezidentinin həyata keçirdiyi tolerantlıq siyasətinə hər zaman böyük hörmətlə yanaşılır. Bu cür layihələrin gələcəkdə də reallaşacağına əminik”.
“Çox sevinirəm ki, bu gün rus avanqardı Bakıya gəlib”, - deyən sərginin kuratoru, incəsənət tarixçisi Andrey Sarabyanov vurğulayıb ki, sərginin Bakıda keçirilməsi təsadüfi deyil. Bu sərginin özünəməxsusluğu ondadır ki, burada az tanınan rəssamların da əsərləri nümayiş olunur. O, sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Çıxışlardan sonra qonaqlar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.
Ekspozisiyada avanqard incəsənət tarixinə mühüm töhfələr vermiş klassiklərin - Kazimir Maleviç, Vasili Kandinski, Aleksandr Rodçenko, Vladimir Tatlin, Aleksandr Ekster, Mark Şaqal ilə yanaşı, Viktor Bart, Aleksey Qrişenko, Aleksey Morqunov, Sergey Romanoviç, Pavel Mansurov və digərlərinin yaradıcılığından nümunələr təqdim olunub. Ümumilikdə 60 əsərin yer aldığı ekspozisiya özündə 2016-cı və 2017-ci illərdə Moskvada nümayiş olunan “Zamanında. Birinci hissə” və “Zamanında. İkinci hissə” sərgilərinin eksponatlarını birləşdirir və rus avanqardının 1900-cü illərin ortalarında formalaşmasından başlayaraq 1930-cu illərin əvvəllərindəki tənəzzülünə qədər olan dövrü əhatə edir. Layihənin əsas ideyası məşhur, az tanınmış və ümumiyyətlə, tanınmamış avanqard rəssamların Rusiya regional muzeylərinin kolleksiyalarında qorunan əsərlərini təqdim etmək, XX əsrin ilk 30 ilində rus incəsənətindəki əsas üslubları sərgiləməkdir.
Ekspozisiya Heydər Əliyev Mərkəzində mayın 5-dək açıq olacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

