“Gəncliyin səsi” festivalının açılış mərasimi olub
02.02.2019 [10:03]
Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Gənclər Günü münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində açılan əl işlərindən ibarət sərgiyə baxıblar.
Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışıb.
Nazir bildirib ki, 1996-cı ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublika gənclərinin birinci forumunun çağırılması, 1997-ci ildə isə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu öndərin gənclərə və gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Həmin vaxtdan etibarən hər il bu tarix Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Ölkəmizdə Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, müxtəlif sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, habelə istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi dövlətimiz tərəfindən dəstəklənir, bu istiqamətdə Dövlət proqramları həyata keçirilir.
“Sevindirici haldır ki, yaradıcı gənclərin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi önəm verilir. Müxtəlif müsabiqələr, təqdimatlar, yeni layihələr həyata keçirilir. Son illər yeni bir ənənə formalaşıb, bu da öz innovativ yanaşmaları ilə seçilən gənclərin fəaliyyətidir. Mədəniyyət sahəsində çalışan gənclərin “ASAN xidmət”lə əməkdaşlıq etməsinə köməklik göstəririk. Məhz bunun nəticəsində bir neçə ildir ki, “ASAN xidmət”lə birgə “Gəncliyin səsi” festivalını reallaşdırırıq”, - deyə Ə.Qarayev söyləyib.
Azərbaycanda gənclər siyasətinin dövlətin daim diqqət mərkəzində olduğunu deyən nazir qeyd edib ki, bu gün ölkəmizdə 125 istedadlı gənc dövlət başçısının xüsusi təqaüdünə layiq görülüb, onlar bu vəsaitlə öz yaradıcı imkanlarını daha da inkişaf etdirirlər. Bu gənclər sırasında beynəlxalq müsabiqələr laureatları, xarici ölkələrdə təhsilini davam etdirən gənclər də var.
Bildirib ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin və tamaşaların premyerasının keçirilməsi də nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vurğulayıb ki, bugünkü tədbir dövlət rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin bariz nümunəsidir. Bildirib ki, artıq üç ildir bu festival Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilir: “Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir”.
Ü.Mehdiyev, festivalın gənclərin potensialını üzə çıxarmasında əhəmiyyətini vurğulayıb və uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Diqqətə çatdırıb ki, fevralın 5-dək davam edəcək festivalın paytaxtla yanaşı, Sumqayıt və Abşeron şəhərlərində, Quba, İmişli və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulur.
Sonra ötən il uğurlu fəaliyyətinə görə bir qrup istedadlı gənc mükafatlandırılıb.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

