Uşaq nəşrləri bizi qane edirmi?
05.11.2009 [09:49]
Yola salmaqda olduğumuz ilin Azərbaycanda “Uşaq ili” elan edilməsi balacaların həyatında çox böyük rol oynayıb. Uşaqlarla bağlı beynəlxalq tədbirlərin keçirilməsi, onların təhsilinə və tərbiyəsinə dövlət qayğısının artırılması cəmiyyəti həmişə məşğul edən uşaq problemlərinə yardımçı olub. Uşaq problemləri ilə bağlı müzakirələrin ən ilkin mövzularından birini də onlara təqdim olunan nəşrlər təşkil edib.
Uzun illər uşaqlar üçün “Azərbaycan pioneri” qəzeti, “Göyərçin” və “Pioner” jurnallarını mütaliə etmək, bu nəşrlərin təsiri altında böyümək vacib hesab olunsa da, son iyirmi ilə yaxın bir vaxt ərzində balacalarımız bu imkandan məhrum olublar.
Lakin başqa bir quruluşa keçid dövrünün başlaması ilə yanaşı, əlifba dəyişikliyinin də baş verməsi nəticəsində uşaq nəşrləri sahəsində yaranan uzunmüddətli boşluğa artıq son qoyulub. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin latın qrafikası ilə kitabların çap olunması barədə imzaladığı Sərəncamdan sonra mənzərə dəyişdi. Uşaqların öz milli ədəbiyyatı və folklorundan, dünya uşaq ədəbiyyatından bəhrələnmək imkanı yarandı. üstəlik, bu sahəyə diqqətin artırılması rəngarəng dizaynı, maraqlı və zəngin mətnləri ilə diqqəti cəlb edən uşaq nəşrləri fəaliyyətə başladı.
“Göy qurşağı”, “Yuva”
Bu gün orta statistik azərbaycanlı orta məktəbdə təhsil alan övladı üçün yaşından asılı olmayaraq, rəngarəng, diqqətçəkən və uşaqların marağına səbəb olacaq nəşrlər almaq imkanı qazanıb. Məsələn, 3000 tirajla çap olunan “Göy qurşağıı” jurnalının qiyməti-1 manat 20 qəpikdir. 6000 tirajla nəşr olunan “Yuva” jurnalına isə 3 manat xərcləmək lazımdır. “Körpəm”, “Göyərçin, “Ailəm” və sair bu tip jurnalların da balacaların çox xoşuna gəldiyini danmaq insafsızlıq olar. Amma...
Maraq: kommersiya, yoxsa yaradıcılıq?
Məsələnin amması suala cavab axtararkən ortaya çıxır. Məsələ ondadır ki, bugünkü uşaq nəşrlərinin əksəriyyətini vərəqləyərkən kommersiya tələblərinin öndə getdiyinin şahidi oluruq. Uşaqların iç dünyası, onların təlim-tərbiyəsində nəşrlərin oynadığı rol və dünyagörüşünün formalaşmasında məsuliyyət artıq arxa planda qalmış olur. Rəngarəng dizayn ilə balacanın marağını çəkə bilən hər bir nəşr valideynin cibinə girmək üçün gözəl fürsət yaradır. çünki böyüklərin əlini cibinə salması üçün ən yaxşı vasitə uşaqdır.
10-a yaxın nəşrin içərisində uşaqların köhnə dostu “Göyərçin” yaxşı mənada liderlik edir. Təbii ki, “Göyərçin” digər nəşrlərdən kağızının keyfiyyətinə, dizayn işinin ucuzluğuna və qiymətinə görə geri qalır. Amma uşaqların təlim-tərbiyə işində özünün “sovetdən qalma” gözəl ənənələrini layiqincə davam etdirir desək yanılmarıq. İkincilik isə, “Göy qurşağı”na qismət olub. Balacaların müxtəlif sahələrə marağını təmin edən Azərbaycan mətbuatının maarifləndirmə ənənəsinə sadiq qalaraq bu prinsipləri rəhbər tutan hər iki nəşr gənc nəslin formalaşması yönündə aparılan işlərə həddindən artıq məsuliyyətlə yanaşır. Onu da qeyd edək ki, son illər, hətta həmişə oxucu qıtlığından şikayətçi olan mətbuatımızın uşaqlarla bağlı bölməsində bir tərpəniş hiss olunmaqdadır. Uşaqların belə nəşrlərə maraqları getdikcə artır və bu tendensiyanı kitab-satış sərgilərində, kitabxanalarda təşkil edilən görüşlərdə müşahidə etmək mümkündür.
Uşaqlara nəyi təqdim etməli?
Əslində, bu sualın üstündə çox da baş sındırmaq lazım deyil. Gündəmdə olan uşaq nəşrlərini vərəqləyərkən biz böyüklər çox asanlıqla başa düşürük ki, övladımız üçün aldığımız nəşr onun dünyagörüşünün və tərbiyəsinin formalaşması üçün nəzərdə tutulub, yoxsa sahibinə daha çox pul qazandırmaq üçün.
Məsələn, tarixi şəxsiyyətlərlə bağlı uşaqlara, onların qavrayacağı dildə yazılmış, səviyyəli tərtibat verilmiş nümunələr təqdim etmək əvəzinə, hansısa bir şou-biznes nümayəndəsinin körpəsinin müxtəlif şəkillərinin, onun oyuncaqlarının cəlbedici siyahısının təqdim edilməsinin nə demək olduğunu hər kəs bilir. Ona görə də, uşaq nəşrlərinin çapı məsələsində bu işə yaradıcılıq işi kimi yanaşan, uşaqların dünyagörüşünün düzgün formalaşdırılması istiqamətində məsuliyyətli addım atan peşəkarlara meydan vermək lazımdır. Uşaq nəşrləri məsələsində dövlətin dəstəyi olduğu kimi, nəzarətinin də vacibliyi mütləq şərtdir. Bu nəzarət oxuculara nəyin çatdırılması və nəyin çatdırılmaması məsələsində olmalıdır.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxSosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33

