/ / Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
24.10.2018 [09:17]
Oktyabrın 23-də Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan konfransda 30 ölkədən 150-dək xarici qonaq iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə konfransın əhəmiyyətindən danışıb.
Akademik bildirib ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanda tariximizin öyrənilməsi, zəngin dövlətçilik ənənələrimizin tədqiqi kimi məsələlər prioritet istiqamətlərdən sayılır.
“Bu coğrafiyada Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Şirvanşahlar kimi dünyada tanınan dövlətçilik ənənələrimiz mövcud olub. Şirvanşahlar dövləti bütün atributlara sahib dövlətçilik ənənələri ilə tanınıb. Hər zaman ərazi bütövlüyünü qoruyub saxlayan bu dövlət dahi şair və alimlərin yaşadığı bir mərkəz rolunu oynayıb. Şirvanşahlar dövründə Bakı, Şamaxı və Dərbənddə çox böyük mədəniyyət nümunələri yaradılıb. Prezident İlham Əliyev Şirvanşahlar Sarayının yenidən qurulmasına xüsusi göstəriş verib. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva elmə, elm adamlarına böyük qayğı və diqqət göstərirlər. Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır və qorunur. Bütün bunlara Mehriban Əliyevanın dəstəyi sayəsində nail olmuşuq. Son illər dünya dövlətlərinin tanınmış elm adamlarının xalqımızın zəngin tarixinin tədqiqinə marağı artıb. Bu olduqca sevindirici haldır”, - deyə akademik vurğulayıb.
AMEA-nın prezidenti qeyd edib ki, konfrans dərin tarixi köklərə, zəngin mədəniyyətə sahib olan və müasir Azərbaycan ərazisində dövlətçiliyin əsasını qoymuş minillik tarixə malik Şirvanşahlar dövlətinin simasında dünya ictimaiyyətinin diqqətini ölkəmizin tarixinin tədqiqinə cəlb etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Mədəniyyət naziri Əbülfəs Qarayev konfransın keçirilməsini dövlətçiliyimizin dərk edilməsi baxımından çox böyük addım kimi dəyərləndirib: “Şirvanşahlar Asiya ilə Avropanın kəsişdiyi bir coğrafiyada yaranıb və inkişaf edən dövlətlər sırasında yer alıb. Dövlətimiz tərəfindən həmişə tarixi və mədəni abidələrimizə həssaslıqla yanaşılır. Şirvanşahlar Saray Kompleksi Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi sayəsində UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olub”.
Şirvanşahların Azərbaycanın dövlətçilik tarixində mühüm yerlərdən birini tutduğunu söylən nazir deyib ki, bu dövlət xalqımızın dövlətçilik ənənələrinin formalaşmasında əvəzsiz rol oynayıb: “Şirvanşahların himayəsi altında Azərbaycan mədəniyyəti zənginləşib, inkişaf etdirilib. Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassikləri bu dövrdə yaşayıb yaratmışlar. Şirvanşahlardan dövrümüzə Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Bakı qalası, Pirsaatçay xanəgahı kimi onlarca dəyərli tarixi-memarlıq abidəsi miras qalıb. Şirvanşahlar dövründə cərəyan edən mədəni, siyasi və iqtisadi proseslərin Yaxın Şərqə də böyük təsir imkanları olub”.
Belə beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsinin vacibliyini qeyd edən Ə.Qarayev konfransın işinə uğurlar arzulayıb.
Şirvanşahlar dövlətinin tarixi haqqında iştirakçılara məlumat verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQ) rəisi Əsgər Ələkbərov deyib ki, o dövrdə inşa edilmiş memarlıq abidələri, yazılmış əsərlər dünya irsinin mükəmməl nümunələri sırasında xüsusi yer tutur. Bildirib ki, Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən gözoxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsi bu konfransın keçirilməsi ilə bağlı ideyanın yaranmasının ən başlıca səbəblərindən olub: “Biz Milli Elmlər Akademiyası ilə birlikdə Şirvanşahlar tarixinə həsr olunmuş konfransın keçirilməsi təşəbbüsü ilə çıxış etdik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu təşəbbüsü dəstəkləyərək konfransın ən yüksək səviyyədə keçirilməsinə dair müvafiq tapşırıqları verdilər. Düşünürəm ki, bu, dövlət rəhbərliyinin xalqımızın tarixi irsinə verdiyi yüksək dəyəri göstərir, gənc nəsillərə vətənpərvərlik hissini aşılayır, onlarda tariximizə bağlılıq və ona qarşı məhəbbət hissi oyadır”.
“Şirvanşahlar dövləti VI-XVI əsrlər kimi ağır və çətinliklərlə dolu tarixi bir dövrə sinə gərərək çiçəklənə bilib. Azərbaycan və eləcə də dünya ədəbiyyatının böyük simalarından olan Xaqani Şirvani və İmadəddin Nəsiminin o dövrdə yazıb yaratmaları Şirvan şahlarının poeziya, elm və yaradıcılığa göstərdikləri qayğının bariz nümunələrindən biridir. Məlumdur ki, bu yaxınlarda Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın şəxsi təşəbbüsü ilə İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şeir, incəsənət və mənəviyyat” şüarı altında birinci Nəsimi Festivalı müvəffəqiyyətlə keçirildi. Nəsimi adı bu gün hamımız üçün mənəviyyat və ziya simvoludur”.
Bildirilib ki, konfransın əsas vəzifəsi yüksək beynəlxalq səviyyədə Şirvanşahlar dövlətinin tarixinə dair yeni araşdırmaların aparılması, gənc tədqiqatçıların Şirvan və ümumilikdə Azərbaycan tarixinin öyrənilməsinə cəlb olunması, milli mədəni irsin təbliği istiqamətində fəaliyyəti genişləndirməkdir.
Konfrans çərçivəsində tanınmış beynəlxalq elm adamlarının İslam aləmində ən uzunmüddətli hakimiyyətə malik Şirvanşahlar dövlətinin memarlığı, arxeologiya, etnoqrafiya, ədəbiyyat, epiqrafiya və fəlsəfəsi mövzularında məruzələri dinlənilib.
Sonra qonaqlar “Şirvan şahları” sənədli filminə baxıblar.
Konfrans panel iclaslarla davam edib.
Konfrans çərçivəsində “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Muzeyi ilə Moldova İncəsənət Muzeyi və Özbəkistan Dövlət Teymurilər Tarixi Muzeyi arasında əməkdaşlıq barədə memorandumu imzalanıb.
İki gün davam edəcək konfransın mədəni proqramı çərçivəsində iştirakçıların ölkəmizin müxtəlif regionlarına səfəri nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35

