/ / İstanbulda III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib
İstanbulda III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib
09.10.2018 [08:42]
İstanbulda III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türk Dünyası Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə “Səkkiz ölkə, səkkiz şəhər!” devizi altında keçirilən festivalın münsiflər heyətinin sədri görkəmli Azərbaycan kinorejissoru Vaqif Mustafayevdir.
Vaqif Mustafayevin sədrliyi ilə münsiflər heyətinin müəyyən etdiyi qaliblər elan olunub.
Təşkilat komitəsinin məlumatına görə, festivala Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kino idarəsi və 11 universitet dəstək verib. Festivala, ümumilikdə, 8 ölkədən 140 film təqdim olunub. Finala 12 peşəkar, 12 tələbə tərəfindən çəkilmiş 24 film seçilib.
Türk dünyasını təmsil edən görkəmli rejissorların, aktyorların, mədəniyyət xadimlərinin, ziyalıların iştirak etdikləri mərasim Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Sonra Türk Dünyası Qəzetçilər Federasiyasının sədri, festivalın təşkilat komitəsinin sədri Menderes Dəmir çıxış edib. Festivalın məqsəd və vəzifələrindən danışan M.Dəmir Vaqif Mustafayevin sədrlik etdiyi münsiflər heyətinin fəaliyyətini xüsusi qeyd edib. O deyib ki, qaliblərin seçilməsində peşəkarlıq və ədalətli yanaşma əsas meyar olub.
Çıxışında indiyədək müxtəlif ölkələrdə keçirilən bir çox festivallarda münsiflər heyətinə sədrlik etdiyini söyləyən kinorejissor Vaqif Mustafayev ilk dəfədir ki, türk dünyasının festivalında iştirak etdiyini diqqətə çatdırıb. O, festivalın əhəmiyyətini və münsiflər heyətinin fəaliyyətini yüksək qiymətləndirib.
Vaqif Mustafayev qeyd edib ki, festivala təqdim olunan filmlər yüksək peşəkarlıqla çəkilmiş ekran əsərləridir. Münsiflər heyəti qalibləri müəyyən etmək üçün ədalətli, obyektiv mövqe sərgiləyib. O, türk dünyasının kinosunun bugünkü səviyyəsini göstərən bu filmlərin tamaşaçılar tərəfindən bəyəniləcəyinə inandığını bildirib.
Daha sonra Vaqif Mustafayevin Ümummilli lider Heydər Əliyev haqqında çəkdiyi “Heydər” bədii filmindən videoçarx nümayiş etdirilib, kinorejissorun bioqrafiyası təqdim olunub.
Maraqlı bədii hissə ilə davam etdirilən mərasim qaliblərin mükafatlandırılması ilə başa çatıb.
Məlumat verilib ki, qalib seçilən filmlər Bakı, İstanbul, Lefkoşa, Bişkek, Daşkənd, Skopye, Sarayevo, Almatı şəhərlərində nümayiş olunacaq.
Mərasim çərçivəsində, həmçinin türk dünyasının tarixini, mədəniyyətini, adət-ənənələrini, problemlərini əks etdirən fotosərgi nümayiş etdirilib. Sərgidə Xocalı soyqırımı ilə bağlı orijinal fotolar da yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

