Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / "Türkün gizli tarixi" kitabının təqdimatı keçirilib

"Türkün gizli tarixi" kitabının təqdimatı keçirilib

23.10.2009 [09:22]

Dünən Azərbaycanda Atatürk Mərkəzində Yunus Oğuz və Bəxtiyar Tuncayın müəllifliyi ilə nəşr olunan “Türkün gizli tarixi” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, elmi-publisistik əsərin ön söz müəllifi əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor, millət vəkili Yaqub Mahmudovdur. Təqdimat mərasimində çıxış edən Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov bildirib ki, “Türkün gizli tarixi” kitabı türk dünyasının qədim tarixinin açılmayan qatlarına elmi səyahət və tədqiqatçılara mesajdır: “Bu gün ictimai şüurda türkçülük aşağı səviyyədədir. Bu hal bizi təəssüfləndirir. Ancaq təqdimatına yığışdığımız bu kitab bu şüuru formalaşdırır”.
Tədbirdə professor Firudin Cəlilov, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, millət vəkili Qənirə Paşayeva və başqaları çıxış edərək müəllifləri təbrik edib və gələcək işlərində yaradıcılıq uğurları arzulayıblar.
Qonaqlara təşəkkür edən Yunus Oğuz qeyd edib ki, türk tarixinin gizli məqamları bir çox alimlər tərəfindən qeyd olunsa da, onun fəlsəfi, siyasi ümumiləşdirilməsi yox idi: “Bu gizlin tarixləri biz Homerdən, Heredotdan, onlarda deyilən etnonimləri götürmüşük və sübut etmişik ki, türkün axını şərqdən qərbə deyil, qərbdən şərqə olur. Azərbaycan və Anadolu türkləri aborigen kimi, yəni köklü şəkildə burada yaşayıblar. Kitabın əsas mahiyyəti bundan ibarətdir”.
Qeyd edək ki, “Türkün gizli tarixi” kitabında Azərbaycanın qədim dövrü, Şumerlər, Lulubilər, qədim türk soyları, qədim türk ləhcə və şivələri, qədim dini inanclar və digər məsələlərə toxunulub.

Paylaş:
Baxılıb: 1629 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30