Bakıda Mixael Hessin “Nəsimi dühası müasir kontekstlərdə” mövzusunda mühazirəsi dinlənilib
29.09.2018 [10:34]
Sentyabrın 28-də Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hessin (Michael Hess) “Nəsimi dühası müasir kontekstlərdə” mövzusunda mühazirəsi dinlənilib.
Klassik türkdilli Azərbaycan ədəbi irsi əsrlərdir Qərb şərqşünaslığının diqqətindədir. Hazırda bu sahənin nüfuzlu araşdırmaçıları sırasında Mixael Hessin adı ön sıralardadır. Onun Avropanın böyük elmi mərkəzlərində klassik irsimizin nümayəndələri ilə bağlı çıxışları və məqalələri qürurvericidir. Daha çox nəsimişünas alim kimi tanınan Hessdə bu sevgi İstanbulda çalışdığı vaxt yaranıb. Böyük Britaniyadan aldığı elektron məktubda Nəsimi şeiriyyəti ilə ilk dəfə tanış olan alim şairin qələminə necə vurulursa, o vaxtdan da Şərqin böyük mütəfəkkirinin irsini araşdırmağa başlayır. Hətta bu haqda elmi iş də yazır. Mixail Hessin Nəsimi şeiriyyətinə sevgisi onu Azərbaycan dilini öyrənməyə də sövq edib.
AZƏRTAC xəbər verir ki, Mixail Hess mühazirəsində Nəsimi yaradıcılığının müxtəlif cəhətlərini çağdaş baxış bucağından təhlil edib, Qərb oxucusu üçün əhəmiyyətini dəyərləndirib.
O deyib: “Nəsimi şeirində bir dərinlik, bir duyğu gücü var ki, zənnimcə, hətta tərcümədə belə hiss edilir. Nəsiminin şeirlərində o qədər təfərrüat, o qədər söz, o qədər dərin məna var ki, onun hamısını bir tərcümədə vermək mümkün deyil. Çünki onu vermək üçün minlərcə şərh yazmaq lazımdır”.
Mixael Hess bu gün Nəsimi əsərlərinin insanlar tərəfindən maraqla oxunmasının səbəblərinə də aydınıq gətirib. Diqqətə çatdırıb ki, Nəsiminin poeziyasının dərk edilməsi oxucudan şairin əsərlərini yazdığı dilləri - ərəb, fars və onun doğma Azərbaycan dilini, klassik Şərq poeziya üslubunu, habelə onun şeirlərinin nəşr edildiyi ərəb qrafikasını bilməyi tələb edir. Şairin “Könlümə heç səndən özgə nəsnə layiq görmədim”, “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” və digər misralarını nümunə gətirən almaniyalı alim Nəsiminin, eyni zamanda, dərin fəlsəfi fikirləri oxucuya sadə dillə çatdırdığını vurğulayıb, şairin təkcə dövrünün ziyalıları, mütəfəkkirləri tərəfindən deyil, hər kəs tərəfindən başa düşülmək arzusunda olduğunu söyləyib. Qeyd edib ki, böyük şair, həmçinin bir çox dərin mətləbləri bizə metaforalarla çatdırıb.
Nəsiminin şeirlərinin Osmanlı imperiyası zamanı XIX əsrdə nəşr edildiyini deyən Mixael Hess onun əsərlərinin sovet dövründə, əlbəttə ki, quruluşun müəyyən ideologiyası çərçivəsində, lakin geniş şəkildə yayıldığını, Nəsimi poeziyasının sovet auditoriyası vasitəsilə digər ölkələrin oxucularına çatdırıldığını qeyd edib.
Görkəmli şairin əsərlərinin bu gün də bir çox dillərə tərcümə olunduğunu bildirən alim Nəsimini tərcümə edərkən özünün qarşılaşdığı çətinlikləri də diqqətə çatdırıb, öz təcrübəsini bölüşüb.
Mühazirədən sonra Mixael Hess tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

