Bakıda üçüncü İndoneziya Mədəniyyət festivalının təntənəli açılışı olub
14.09.2018 [09:24]
Sentyabrın 13-də Heydər Əliyev Sarayında üçüncü İndoneziya Mədəniyyət festivalının təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları sarayın foyesində İndoneziya mədəniyyəti və incəsənətini əks etdirən sərgi ilə tanış olublar. İndoneziya təbiətini əks etdirən fotosərgi də maraqla qarşılanıb.
Festivalın açılışında çıxış edən ölkəmizdə səfərdə olan İndoneziyanın mədəniyyət və təhsil naziri Mühacir Əfəndi Azərbaycanda olmağından məmnunluğunu ifadə edib. Bildirib ki, “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında üçüncü dəfə təşkil edilən festival ildən-ilə daha maraqlı və zəngin proqramla təqdim edilir. Nazir diqqətə çatdırıb ki, builki festival daha diqqətəlayiqdir. Çünki festival İndoneziyanın müstəqilliyinin 73-cü ildönümünə təsadüf edir.
İndoneziya ilə Azərbaycan arasındakı qədim dostluq əlaqələrindən söz açan qonaq bu əlaqələrin daha da inkişaf edərək genişləndiyini bildirib. “İndoneziya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı şəkildə davam edir. Dünyanın ən böyük müsəlman əhalisi olan İndoneziya bütün dinlərə tolerant yanaşmaqda böyük məsuliyyət daşıyır və ISESCO ilə birgə layihələrdə yaxından iştirak edir. Azərbaycanla diplomatik və mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafı dünyada hər iki dövlətin qardaşlıq və sülh tərəfdaşı olmasına işarədir”, - deyə Mühacir Əfəndi vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev ölkə rəhbərliyi adından festivalda iştirak edən bütün qonaqları salamlayıb. Bildirib ki, festival iki ölkə arasında münasibətlərin genişlənməsinə, xalqların bir-birini daha yaxşı tanımasına və gələcəkdə çoxsaylı birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Nazir deyib: “Azərbaycan və İndoneziya iki dost ölkədir. Biz bütün beynəlxalq platformalarda vahid bir mövqedə çıxış edirik. 1992-ci ildən etibarən mövcud olan iqtisadi və diplomatik münasibətlər ildən-ilə güclənir. İndoneziya hökuməti Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərdə yaxından iştirak edir. Xüsusilə də İslam dünyasını birləşdirən ISESCO təşkilatı çərçivəsində təşkil edilən layihələrdə bir-birimizə dəstək oluruq. Azərbaycanda fəaliyyət göstərən İndoneziya səfirliyi çox fəal mədəni proqramlar həyata keçirirlər. Bu artıq üçüncü festivaldır və birinci festivaldan fərqli olaraq festival daha da geniş şəkildə təşkil edilib. Əminəm ki, bu festival uğurla keçiriləcək və Azərbaycan xalqı İndoneziyanın qədim mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaq. İnanıram ki, ölkələrimiz arasında əlaqələr daim inkişaf edəcək və bu festival mədəniyyətlərin yaxınlaşmasına öz töhfəsini verəcək”.
Çıxışlardan sonra festivalın açılış tədbiri konsert proqramı ilə davam edib. İlk olaraq İndoneziyadan gələn Tubaba Pakem rəqs qrupunun çıxışı izlənilib. Daha sonra tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyiblər. Həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edib. İndoneziya və Azərbaycan Pençak-silat federasiyaları tərəfindən təşkil olunan özünümüdafiə sənətinin incəlikləri də nümayiş etdirilib.
Qeyd edək ki, festivalın ikinci və üçüncü günləri isə Fəvvarələr meydanında sərgilər və müxtəlif tədbirlər keçiriləcək. Tədbirlərə qatılanlar İndoneziyanın arxipelaq kulinariyası ilə yaxından tanış olacaq və sərgilər vasitəsilə bu ölkənin mədəni irsini, müxtəlifliyini və gözəlliyini seyr edəcəklər. Festival çərçivəsində yarmarka da təşkil olunacaq ki, burada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə və çaylar, digər məhsullar yer alacaq. Festivalda indoneziyalı iş adamları ilə yanaşı, ölkənin elm və mədəniyyət xadimləri də iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49

