/ / Vaqif Mustafayev: Azərbaycan-Rusiya humanitar əməkdaşlığı xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır
Vaqif Mustafayev: Azərbaycan-Rusiya humanitar əməkdaşlığı xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır
04.09.2018 [08:52]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri “Space” telekanalının rəhbəri, görkəmli kinorejissor, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, “Şərəf” ordenli Vaqif Mustafayev AZƏRTAC-a açıqlamasında deyib.
Vaqif Mustafayev bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələsi əsas müzakirə mövzularından biri olub. Dövlətimizin başçısının mətbuata bəyanatında bildirdiyi kimi, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa, hamısına çox qayğı ilə yanaşılır.
Xalq artisti əminliklə bildirib ki, mədəniyyət sahəsində qurulan və genişləndirilən əməkdaşlıq əlaqələri xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu yaxınlarda “Oskar” mükafatı laureatı, Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovun ona ünvanlandığı məktubu xatırladan Vaqif Mustafayev həmin məktubun qonşu ölkələrimiz arasındakı dostluq əlaqələrinin bariz nümunəsi olduğunu vurğulayıb. Nikita Mixalkovun Vaqif Mustafayeva ünvanlandığı məktubda deyilir: “Siz hələ Moskvada Ali Ssenaristlər və Rejissorlar kurslarının müdavimi olarkən özünəməxsus kinematoqrafik dəstxətiniz və həyata orijinal ironik baxışınızla hamını heyrətləndirirdiniz. Sonra film ardınca film, uğur ardınca uğur... Beləcə, Sizin sənədli, komik və ciddi kinoəsərlərinizin dünya ekranlarına zəfər yürüşü başlandı. Hər biri istedadlı müəllifin yüksək ustalığı ilə seçilən “Yaramaz”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba”, “Bir həsədin tarixi” filmləri keçmiş SSRİ-də, Rusiya Federasiyasında, yaxın və uzaq xarici ölkələrdə keçirilən kinofestivallarda ali mükafatlara layiq görüldü. Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev haqqında sonuncu bədii film isə bu ekran əsərinə tamaşa etmiş kinematoqrafçıların ümumi rəyinə görə, heç şübhəsiz, kinematoqrafın yaradıcılığında mühüm hadisədir.
Rusiya kinematoqrafçıları Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar, cansağlığı və firavanlıq arzulayırlar”.
Vaqif Mustafayev qeyd edib ki, bu məktubda ifadə olunan fikirlər Azərbaycan kino sənətinə verilən yüksək qiymətdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05

