Qəbələ festivalında dahi bəstəkar Qara Qarayevin əsərləri səsləndirilib
07.08.2018 [09:12]
Uğurla davam edən X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 5-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunan kamera musiqisi axşamı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə dahi bəstəkarın “Simli kvartet üçün Kvartettino” (3 hissədə - “Sonatlina”, “Lay-lay” və “Marş”), “Violin və fortepiano üçün Sonata” və iki romansı səsləndirilib.
Konsertin əvvəlində çıxış edən “Furioso” kvarteti 2011-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılıb. Akademiyanın ifaçılıq fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin rəhbərliyi altında yaradılan kvartet ifaçılıqda köhnəlmiş ənənələrdən imtina edərək, yeni üslub yaratmağa müvəffəq olub. Kvartetin üzvləri Səid Məmmədov (violin), Süleyman Babakişizadə (violin), Üzeyir Mahmudbəyli (viola) və Əsmər Kərimli (violençel) indiyədək bir neçə beynəlxalq festivalda iştirak ediblər.
“Furioso” kvarteti Qara Qarayevin 100 illiyinə həsr olunan konsertdə bəstəkarın indiyədək nəşr və ifa olunmamış əsərini - simli kvartet üçün “Kvartettino”nu ilk dəfə ifa edib. Əsərin əlyazması 2017-ci ildə kvartetin üzvü S.Babakişizadənin təşəbbüsü ilə Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən çıxarılaraq nəşr olunub.
Kamera musiqisi axşamında pianoçular Samirə Aşumova və Eldəniz Ələkbərzadənin, violin ifaçısı Anar Seyidovun, Adil Axundovun (tenor) ifaları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

