“Tekfen” Filarmoniya Orkestri Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib
06.06.2018 [09:26]
İyunun 5-də Heydər Əliyev Mərkəzində “Tekfen” Filarmoniya Orkestri “100 il” adlı möhtəşəm konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş konsertin tamaşaçıları sırasında respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri də olublar.
Heydər Əliyev Mərkəzi və “Tekfen” inşaat şirkətinin təşkilatçılığı ilə keçirilən klassik musiqi axşamında orkestr tanınmış dirijor Aziz Şoxakimovun bədii rəhbərliyi ilə bir-birindən parlaq klassik musiqi nömrələri ifa edib. Gecədə görkəmli bəstəkarlar Qara Qarayev və Hacı Xanməmmədovun, habelə Ülvi Cemal Erkinin (Türkiyə) və Şarl Qunonun (Fransa) əsərləri səsləndirilib.
Dünya şöhrətli pianoçu Hüseyin Sermet və kamança ifaçısı Mehri Arifqızının solist qismində çıxışı gecəyə əlavə gözəllik qatıb.
Orkestr bütün professional ifaçılıq imkanlarını təqdim etməklə, musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Eyni zamanda, universal ifaçılıq üslubunu nümayiş etdirən kollektivin çıxışı salonda yüksək əhval-ruhiyyə yaradaraq hərarətli alqışlarla qarşılanıb.
Tanınmış dirijor Aziz Şoxakimov jurnalistlərə müsahibəsində Azərbaycanı çox sevdiyini və həmişə bu ölkəyə gəlmək arzusunda olduğunu, Bakıda çıxış etməsindən məmnun qaldığını bildirib. Azərbaycan musiqisinə valeh olduğunu söyləyən dirijor hətta Azərbaycan rəqsi öyrənməyə başladığını vurğulayıb.
Kamança ifaçısı Mehri Arifqızı isə müsahibəsində “Tekfen” Filarmoniya Orkestri ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsertdə çıxış etməsindən şərəf duyduğunu bildirib.
Qeyd edək ki, “Tekfen” Filarmoniya Orkestri 1992-ci ildə yaradılıb. Qara dəniz, Xəzər dənizi və Şərqi Aralıq dənizi bölgələrinin musiqiçilərini bir araya gətirdiyinə görə həm də “Üç dənizin səsi” adı ilə tanınır.
Orkestrin ölkəmizdə ilk konserti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2003-cü il yanvarın 14-də reallaşıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45

