/ / “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfəsidir
“Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfəsidir
26.05.2018 [07:32]
“Son iclas” bədii-sənədli filminin məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini diqqətə çatdırmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Media Mərkəzinin baş icraçı direktoru Orman Əliyev filmlə bağlı mayın 25-də Heydər Əliyev Mərkəzində keçirilmiş mətbuat konfransında söyləyib. O deyib ki, filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin texniki, eləcə də yaradıcı heyəti yerli mütəxəssislər və peşəkar aktyorlardır.
“Bu il Azərbaycan kinosunun 120-ci ili tamam olur. Bakı Media Mərkəzi beş ildir ki, fəaliyyət göstərir. Bu günədək beş ekran əsəri bizim mərkəz tərəfindən hazırlanıb. Ekran əsərinin ssenarisi bu günədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu film layihəsi üzərində altı aya yaxın iş aparılıb, çəkilişlər isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarətdir. Ekran əsərində 50-dən çox peşəkar aktyor iştirak edib. Kütləvi səhnələrdə isə 500-dək insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət çalışıb. Bakı Media Mərkəzi olaraq Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsini təsvir edən ekran işi ərsəyə gətirdiyimiz üçün qürur duyuruq”, - deyə O.Əliyev vurğulayıb.
Mətbuat konfransında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, cəmi 23 ay yaşayan bir respublikanı Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının qürur yeridir. “Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyir. Azərbaycanın ilk demokratik respublikası əsl mili dəyərdir və BP şirkəti olaraq biz Cümhuriyyətin 100 iliyinə həsr edilmiş belə bir sənədli filmin sponsoru olmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq”, - deyə o bildirib.
Ekran əsərinin ssenari müəllifi Müsəllim Həsənov filmin ssenarisinin yazılma prosesi, tədqiqat aparılan arxivlər haqqında məlumat verib. Onun sözlərinə görə, ssenari yazılanda Azərbaycanla yanaşı, bir sıra ölkələrin arxivindən də istifadə edilib.
Filmin quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı isə Şahin Həsənlidir. Bakı Media Mərkəzi mayın 26-dan etibarən ekran əsərini “CinemaPlus” kinoteatrlar şəbəkəsində üç gün ödənişsiz nümayiş etdirəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

