Bakıda rəssam Soltan Soltanlının "İrrealizm" adlı rəsm sərgisi açılıb
20.02.2018 [17:01]
Cihan Özdemir: Rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəkməlidir ki, tamaşaçı onu dərk etməkdə çətinlik çəkməsin
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə fevralın 19-da institutun sərgi salonunda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Soltan Soltanlının "İrrealizm" adlı fərdi sərgisinin açılışı olub. Sərgidə ölkəmizdəki xarici diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir bildirib ki, sərgidə nümayiş olunan əsərlərin xeyli hissəsi ötən il çəkilib və həmin əsərlər dərin məzmun kəsb edir: "Rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəkməlidir ki, tamaşaçı onu dərk etməkdə çətinlik çəkməsin. Bu mənada Soltan öz işinin öhdəsindən bacarıqla gəlir və mövzunu tamaşaçı üçün bütünlüklə açmağa çalışır. Soltan Soltanlı həm də qrafik və karikaturaçı rəssam kimi tanınır. O, bir sıra beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı, sərgi və festivalların iştirakçısıdır, əsərləri beynəlxalq kataloqlarda yer alıb. Rəssamın əsərləri müxtəlif ölkələrdəki muzey və özəl kolleksiyalarda da saxlanılır".
Sərginin müəllifi Soltan Soltanlı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək irrealizm üslubunun çağdaş rəssamlıqda bədii-estetik prinsipləri, tələbləri haqqında məlumat verib. Onun söylədiyinə görə, irrealizm təsviri sənətdə yeni üslubdur, "irreal" – gerçək olmayan deməkdir və fantaziyalara əsaslanan yaradıcılığı xarakterizə edir. Müəllif bildirib ki, irrealizmin başlıca tələbi qeyri-reallığı inandırıcı, məntiqli, fəlsəfi, aydın və sadə çəkməkdir. O da həmin üslubun tələblərinə əməl edərək sənətin əbədi mövzularına baş vurmağa, tamaşaçıları düşünməyə və düşündürməyə çalışıb.
Sonra rəssam onun əsərləri ilə tanış olmağa gələnləri sərgi salonuna dəvət edib və tamaşaçılar onun fırçasının irrealizm üslubda olan yaradıcılıq məhsullarını maraqla izləyiblər.
Fevralın 23-dək davam edəcək sərgidə rəssamın irreal üslubda yaratdığı 50-yə yaxın rəngkarlıq əsəri nümayiş olunur.
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

