“Qarabağın səsi” aksiyasına təqdim olunan rəsm əsərləri sərgisinin seçim mərhələsi keçirilib
16.02.2018 [09:31]
Fevralın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Qarabağın səsi” aksiyasına təqdim olunan rəsm əsərlərinin seçim mərhələsi keçirilib. Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunur.
AZƏRTAC xəbər verir ki, seçim mərhələsindən əvvəl layihənin rəhbəri Murad Qulubəyli Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından söhbət açıb. Qeyd edib ki, seçim mərhələsinə 300-dən çox əsər qəbul olunub. Münsiflər heyətinin seçəcəyi ən təsirli və diqqəti cəlb edən əsərlər fevralın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində nümayiş etdiriləcək. Sərgidə iştirak uçun yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıları 4-8 yaş, 8-14 yaş və 14 yaşdan yuxarı olmaqla, üç kateqoriyada qruplaşdırmaq olar. Seçim mərhələsinə həm qeyri-peşəkar, həm də peşəkar rəssamlar əsərlərini təqdim ediblər. Nəinki ölkə daxilində, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən bu mövzu ilə bağlı əsərlər göndərilib.
Tədbirdə münsiflər heyətinin üzvləri - Beynəlxalq Qadın Rəssamlar Assosiasiyasının üzvü Nərminə Vəliyeva, Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Nərgiz Cəlilova, Mehriban Zəki, Tünzalə Ağayeva, layihənin rejissoru Ranar Musayev aksiya haqqında məlumat veriblər.
Çıxış edənlər sərgidə yaş məhdudiyyəti qoyulmamasının, eləcə də peşəkar və qeyri-peşəkarların iştirakının hər kəsə Xocalı faciəsi barədə öz fikirlərini fırçanın köməyilə ifadə etməyə imkan yaratdığını söyləyiblər. Qeyd edilib ki, hər bir iş orijinaldır və onlara baxan zaman insan ağrılı-acılı, fərqli hisslər yaşayır. Təqdirəlayiq və gərəkli təşəbbüs olan bu layihənin reallaşdırılması həm də çox məsuliyyətli bir işdir. Seçim mərhələsi əslində rəmzi xarakter daşıyır. Buraya təqdim edilən əsərlərin hamısı dəyərlidir. Çünki yaşından və peşəkarlığından asılı olmayaraq, hər kəs təqdim etdiyi əsərə ürəkdən yanaşaraq, bu faciə barədə hisslərini rənglərin dili ilə nümayiş etdirməyə çalışıb.
Diqqətə çatdırılıb ki, layihə həm də sənət adamlarını bu mövzu ətrafında bir araya gətirib. Aksiyada iştirak etmək hər kəsin vətəndaşlıq və mənəvi borcudur. Münsiflər heyətinin üzvləri tədbirin beynəlxalq müstəviyə çıxacağına ümidvar olduqlarını bildiriblər.
Çıxışlarda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Xocalı faciəsinin dəhşətlərini yaşamış Rəhilə Quliyeva acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Sonra “Qarabağın səsi” aksiyasına işlərini təqdim etmiş iştirakçılar əsərləri haqqında məlumat veriblər.
Xatırladaq ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılmasına, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. İndiyədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil edilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43

