Bədən quruluşunuz hansısa xəstəliklərdən xəbər verir
22.08.2009 [10:44]
Boyun ucadırsa...
Amerikada aparılan çoxsaylı araşdırmalar göstərib ki, boyu 175 sm-dən yuxarı olan qadınlar daha çox döş xərçəngindən əziyyət çəkirlər. Mütəxəssislər hesab edirlər ki, buna səbəb qadınlarda boyun uzanmasına təsir edən hormonların həm də süd vəziləri toxumasının inkişafına təsir etməsidir.
Xərçəngdən əziyyət çəkən kişilər arasında boyu 183 santimetrdən yuxarı olanlar çoxluq təşkil edir. Ortaboylu adamlarla müqayisədə bu xəstəliyi daşıma riski 59 faizə bərabərdir. üstəlik boyun uzunluğu hər 4 santimetr yüksəldikcə şişin yaranması 6 faiz artır. Qeyd edək ki, bu amerikalı onkoloqların 12 il müddətində 22 min kişini müşahidə edərkən gəldiyi qənaətdir.
Mədəaltı vəzin xərçəngi. Bu qrupa daxil olma riski əsasən boyu 185,3 santimetrdən yuxarı olan kişilər, 167,6 sm-dən yuxarı qadınlara məxsusdur. Vaşinqton Universitetinin ekspertlərinin fikrinə görə, ucaboy insanların mədəaltı vəzinin xərçənginə düçar olması ehtimalı ortaboylulara nisbətən 81 faiz daha çoxdur. üstəlik boyun uzunluğu hər 2,5 santimetr yüksəldikcə bu risk də 6-10 faiz artmış olur.
Yox əgər qısaboysansa...
Boyu 170 santimetrdən qısa olan kişilər ucaboylularla müqayisədə əsasən ürək tutmasından dünyasını dəyişirlər. Harvard Universitetinin alimlərinin iddiasına görə, bu rəqəmdən 10-15 santimetr uzunboylu şəxslər infarkt riskindən 35-40 faiz azaddırlar. Bunun səbəbi məlum olmasa da, məlum nəzəriyyələrdən birinə əsasən, qısaboylu adamlarda qan damarlarının tıxınıqlığına daha çox rast gəlinir.
Boyu balaca olan insanlar daha çox mədə xərçəngi və mədə xorasından əziyyət çəkirlər. Uşaqlıqdan orqanizmə müəyyən bakteriyaların düşməsi həzm yolunu sıradan çıxarmaqla paralel olaraq, həm də bütün orqanizmin inkişafını yavaşlatmaq qüvvəsinə malik olur. Bu səbəbdən də, gələcəkdə qısaboylu insanlarda mədə ilə bağlı ciddi problemlər meydana çıxır.
Qısaboylu insanların üzləşdiyi ən populyar xəstəliklərdən biri də hipertoniyadır. Yüksək qan təzyiqi, adətən ayaqları qısa olan insanlarda meydana gəlir. Bu isə 3 min pasiyent arasında aparılan ingilis tədqiqatçılarının fikridir. Bundan başqa, həkimlər bildirir ki, uşaq yaşlarında pis və qeyri-düzgün qidalanmaq qan-damar sisteminin lazımınca inkişaf etməməsinə və sümüklərin qeyri-qənaətbəxş inkişafına yol açır.
Ayaqlarının ölçüsü çoxmu böyükdür?...
Qadınlarda ayaq ölçülərinin böyük olması döş xərçəngindən əziyyət çəkdiyini və ya gələcəkdə bu xəstəliklə üzləşə biləcəyinin xəbərçisidir. Bristol Universitetinin alimlərinin fikrinə görə, ayaq ölçüləri birbaşa uşaq yaşlarında qəbul olunan kalorilərin miqdarından asılıdır. Yəni uşaq yaşlarında nə qədər çox qida qəbul olunsa pəncələr də bir o qədər iri olacaq. Eyni zamanda, kiçik yaşlarında qüvvətləndirlilmiş qida rejimi gələcəkdə qız uşaqlarında döş xərçənginin yaranmasına gətirib çıxara bilər. Məhz bu səbəbdəndir ki, enli gövdəyə sahib olan və 38 ayaq ölçüsündən yuxarı ayaqqabı geyinən qadınlar bu ağır diaqnoz ilə daha çox üzləşirlər.
Bəs başın balacadırsa...
Dünya ailmləri baş ölçüsü balaca olan insanları o qədər də ağıllı hesab etmirlər. Tibbi olaraq, insanın intellektini başının ölçüsü ilə təyin etmək yanlışdır. Amma zehni fəaliyyətini bilmək mümkündür. Bunu isə alman ailmləri deyir. Mütəxəssislər hesab edirlər ki, balaca kəllə, ensiz boyuna malik olan insanları yüksək ehtimalla gələcəkdə əqli zəiflik gözləyir. Alman alimlərinin tədqiqatları göstərib ki, başının diametri 51-52 sm olan yaşlı qadınların 70 faizi dementia (əqli zəfiliklə nəticələnən) xəstəliyindən əziyyət çəkir. Maraqlısı budur ki, alimlərin ehtimalına görə böyük başda, beyin də böyük olur. Əsəb hüceyrələrinin də daha çox olması bütün orqanizmin degenerasiyasına (orqanizmin bioloji və ruhi cəhətdən pozulması) gətirib çıxara bilər.
Qısa ayaqlar...
Ayaqların qısa olması isə insanda nə vaxtsa şəkər xəstəliyinin yarana biləcəyini ehtimal edir. Bristol Universitetinin mütəxəssisləri bunun səbəbini yenə də uşaqlıq dövründəki qidalanmanın fəsadları ilə əlaqələndirirlər. Belə ki, azyaşlı uşaqların gündəlik qida rasiyonuna nə qədər az zülal və mineral maddələr daxil olarsa, gələcəkdə onun diabet xəstəsi olma riskini bir o qədər çoxaldır. Odur ki, hər şeyin qədərində, normasında olması məsləhətdir.
üstəlik barmaqlarınız da uzundur...
Əl və ayaq barmaqları uzun olan insanlar depressiyaya daha çox meyilli olurlar. Liverpul Universitetinin alimlərinin fikrinə görə, psixi problemlərdən xəbər verən təkcə barmaqların uzunluğu deyil, həm də işarət və adsız barmaqlar arasında olan nisbət də önəm daşıyır. Alimlərin iddiasına görə, əgər adsız barmaq çox uzundursa deməli ana bətnində uşaq böyük miqdarda kişi hormonlarının təsirinə məruz qalıb. İşarət barmağın uzun olması isə ana bətnindəykən dölün qadın hormonlarının təsirinə düşməsini göstərir. Həmçinin, əgər adsız barmaq işarət barmağından uzundursa gələcəkdə insanın autizmdən (beynin inkişafının pozulması) əziyyət çəkməsinə işarə ola bilər. İşarət barmağının çox uzun olması isə depressiyaya düşmə riskinin artıq olmasının göstəricisi hesab olunur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

