Fəxriyyə Xələfova mükafata layiq görülüb
23.12.2017 [10:02]
Dekabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Vernisaj zalında ali təhsil ocağının dosenti, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfovanın “Şərq cazibəsi” kolleksiyasından olan geyimlərinin dünya şöhrətli “Ermitaj” muzeyinin daimi kolleksiyasında sərgilənməsi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxriyyə Xələfovanın “Şərq cazibəsi” və “Ladies of Azerbaijan” kolleksiyalarına aid geyimləri ilə tanış olublar.
Tədbirdə çıxış edən ADMİU-nun tədris işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova Fəxriyyə Xələfovanın yaradıcılığından bəhs edib, Azərbaycan dəbinin yüksək səviyyəyə çatdırılmasında onun rolunu vurğulayıb. Bildirib ki, Fəxriyyə Xələfova Şərq və Qərb dəbini öyrənib, mənimsəyib və öz yaradıcılığında əks etdirib. Rəssam-modelyer Fəxriyyə Xələfova ilə “Ermitaj” muzeyinin direktoru Mixail Piotrovski arasında imzalanmış razılaşmaya əsasən tanınmış dizaynerin bir neçə işi muzeyə verilib. Geyimlər daimi əsasda kostyum qalereyasında sərgilənəcək. Həmin qalereya dekabrın 8-də “Ermitaj günləri” çərçivəsində açılıb. Bununla da Fəxriyyə Xələfova işləri muzeyin daimi kolleksiyasına daxil edilmiş dörd modelyerdən biri olub. O, həmçinin “Ermitaj”ın Dostları Klubunun üzvü seçilib. Bu, Azərbaycan dəb aləmində çox böyük nailiyyətdir, ümumilikdə, Azərbaycan incəsənəti, dəb məktəbi üçün çox qürurvericidir.
Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz Fəxriyyə Xələfovanın zəngin yaradıcılığı, kolleksiyalarının orijinallığı və təkrarolunmazlığı ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, Fəxriyyə Xələfova artıq 15 ildir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışır. O, bu illər ərzində çoxsaylı istedadlı tələbələr yetişdirib. Fəxriyyə Xələfovanın beynəlxalq səviyyədə belə uğura imza atması institutun kollektivi üçün böyük fəxrdir.
Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova modelyeri təbrik edərək bildirib ki, azərbaycanlı modelyerin geyimlərinin dünyanın “Ermitaj” kimi tanınmış muzeyində sərgilənməsi böyük nailiyyətdir. Bu nailiyyət Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisədir.
Tədbir çərçivəsində “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Fəxriyyə Xələfovaya Azərbaycan mədəniyyətinin və dəbinin təbliği istiqamətində fəaliyyətinə və xüsusi xidmətlərinə görə “Azərbaycanın qüruru” ordenini təqdim edib. Həmçinin tanınmış modelyerə jurnalın fəxri üzvü diplomu təqdim olunub. Mükafat jurnalın redaksiya şurasının qərarı ilə təsis edilib.
Fəxriyyə Xələfovanın fəaliyyətini əks etdirən videoçarx tələbələr tərəfindən maraqla qarşılanıb.
Sonra Fəxriyyə Xələfova ADMİU tələbələrinə incəsənətdə dəb anlayışı, Azərbaycanda dəb peşəsi və “Ermitaj” muzeyində sərgilənən geyimləri barədə məlumat verib. Modanı gələcək nəsillərə informasiya ötürücüsü kimi xarakterizə edən Fəxriyyə Xələfova, dəbin gənc nəslin zövqünün formalaşmasında böyük rol oynadığını vurğulayıb.
“Şərq cazibəsi” kolleksiyasına daxil olan geyimlərinin “Ermitaj” muzeyində sərgilənməsini 20 illik fəaliyyətinin nəticəsi kimi dəyərləndirən Fəxriyyə Xələfova, ölkəmizdə incəsənətin inkişafı üçün yaradılmış əlverişli şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Dünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04

