Moskvada “Pəncərədən düşən işıq” sənədli filminin təqdimatı olub
29.11.2017 [10:37]
Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib
Noyabrın 27-də Moskvanın “Oktyabr” kinoteatrında “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib.
“Pəncərədən düşən işıq” sənədli filmi Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi və rejissoru Oleq Şommerdir.
Ekran əsərinin nümayişindən əvvəl Leyla Əliyeva və rejissor Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Aleksandra Abıdennova səhnəyə çıxıblar.
Filmin üzərində təxminən bir il işlədiklərini diqqətə çatdıran Oleq Şommer deyib: “Filmin yaranması ideyası Leyla xanımın belə bir sualından doğdu: “Dünyada nədən bu qədər təcavüz var? Axı hər kəs özünü yaxşı insan sayır. Bəs nə üçün dünyada bu qədər pislik var?”. Biz bu suallara cavab vermək qərarına gəldik və elə qəhrəmanlarımız da bu və ya digər dərəcədə bu suallara cavab veriblər”.
O.Şommer vurğulayıb ki, filmin qəhrəmanları Şərlə mübarizə aparırlar, özlərinə “Mən bu gün hansı yaxşılığı etmişəm?” sualını verirlər və əksər hallarda pisliklərə qalib gəlirlər.
Rejissor filmin qəhrəmanları Vüsalə Kərimova və Aleksandra Abıdennova barədə də söhbət açıb. O qeyd edib ki, bu qızların həyat eşqi bizim hər birimizə nümunə ola bilər. O.Şommer ekran əsərinin ərsəyə gəlməsinə görə Heydər Əliyev Fonduna, Fondun vitse-prezidenti Leyla Əliyevaya və çəkiliş qrupuna minnətdarlığını bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmə maraq göstərdiklərinə görə tamaşaçılara, eləcə də rejissor Oleq Şommerə minnətdarlıq edərək deyib: “Oleqə dərin təşəkkürümü bildirirəm. Film çox səmimi və həqiqi alınıb. Bu ekran əsəri Xeyir və Şər haqqındadır. Filmlə demək istəyirik ki, biz bir-birimizlə bağlıyıq, hamımız bir bütövün tərkib hissəsiyik. Biz başqasına xeyirxahlıq edəndə elə özümüzə xeyirxahlıq etmiş oluruq, eləcə də kiminsə xətrinə dəyəndə, özümüzü incitmiş oluruq. Başlıcası odur ki, bizim qəlbimizdə sevgi var, sevgi isə dünyada ən böyük qüvvədir”.
Filmin süjet xətti Xeyirin Şərlə mübarizəsi üzərində qurulub. Filmdə tamaşaçı 20 ildən çox həbsxana həyatı yaşamış və hazırda hər gününü xeyirxahlıqla başlayan insanla, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların yaşaması üçün mübarizə aparan həkimlərlə tanış olur. Ekran əsərinin daha bir qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da yaşamaq uğrunda mübarizə aparır və Şərə qalib gəlir.
Filmdə həyat fəlsəfəsi, Xeyirin Şərə qalib gəlməsi, insanın yaşamaq uğrunda mübarizəsi əksini tapıb.
Təqdimat mərasimində Rusiyanın tanınmış mədəniyyət və ictimai xadimləri, tələbələr, filmin qəhrəmanlarından bəziləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12

