EMİN: “Jara” artıq sadəcə bir festival deyil, böyük musiqi platformasıdır
01.08.2017 [09:44]
“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri, tanınmış bəstəkar və müğənni Emin Ağalarov (EMİN) AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Bakıda ikinci dəfədir keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalını müxtəsər olaraq necə səciyyələndirərdiniz?
- Mən Bakıda doğulmuşam, həyatımın böyük hissəsini isə Rusiyada yaşamışam. Ona görə də rus estradasının tanınmış simalarını Bakıya toplamaq mənim üçün çox xoşdur və “Jara” layihəsinin uğurlu alınmasına ürəkdən sevinirəm. “Jara” artıq sadəcə festival deyil, o, böyük musiqi platformasına çevrilib. Mən doğma Bakıda, çox sevdiyim Xəzər sahillərində böyük musiqi bayramı gözləyirəm. Özüm müğənni olduğum üçün musiqinin insan ovqatına necə təsir etdiyini, həyatımızda necə böyük rol oynadığını duyuram. Hər kəs bu bayramın bitməməsini, davam etməsini istəyir, çünki bu hisslər heç nə ilə müqayisə oluna bilməz.
- “Sea Breeze” istirahət mərkəzi “Jara” üçün gözəl məkandır. Sizcə, bu festivalı daha harada keçirmək olar?
- Mən bu festivalın keçirilməsi üçün alternativ məkan görmürəm. “Sea Breeze Resort” doğrudan da “Jara” üçün ideal yerdir. Etiraf edim ki, “Jara”nın möhtəşəmliyi hətta mənim özümü belə təəccübləndirir.
- Festivalın coğrafiyası getdikcə genişlənir. Maraqlıdır, “Jara”ya daha hansı ölkələrdən iştirakçılar, yaxud mütəxəssislər cəlb oluna bilər?
- Bu il festivalın fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət etmişik. Hələlik biz postsovet məkanında böyük sürətlə irəliləyirik. Əlbəttə, festivalın coğrafiyasını daha da genişləndirmək haqqında düşünürük. Ümidvaram ki, yaxın gələcəkdə “Jara”ya dünyanın tanınmış ulduzları da qoşulacaq. Biz bu istiqamətdə irəliləməkdə davam edəcəyik. Avropadan başlayıb, Amerikaya doğru hərəkət edəcəyik.
- Sizcə, festivalda Azərbaycan estradasına ayrılan yer yetərlidirmi?
- Azərbaycan müğənniləri konsert proqramlarının hər birində səhnəyə çıxır, festivalda tanınmış estrada ifaçıları iştirak edirlər. Onların sırasında tanınmış mədəniyyət xadimi və müğənni Polad Bülbüloğlu da var. Mən də özümü Azərbaycan ifaçısı hesab edirəm. İdeyalarımız çoxdur, məqsədimiz “Jara”nı daha unikal etməkdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19

