Habil Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
01.06.2017 [09:57]
Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində milli musiqi sənətinin görkəmli nümayəndəsi, məşhur kamança ustası, Xalq artisti Habil Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə Habil Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Gecənin aparıcısı Əməkdar incəsənət xadimi İlham Rəhimli tədbiri açıq elan edərək Habil Əliyevin Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərindən danışıb. Bildirib ki, Habil Əliyev öz ifası ilə ömrünün 60 ilindən çoxunu xalqın musiqi zövqünün yüksəlməsinə həsr edib. Dünyanın ən ucqar məmləkətlərində Azərbaycan dilindən, məişətindən, düşüncə tərzindən xəbərsiz insanlar belə onun ifasını dinləyəndən sonra bu ölkənin muğamını, musiqisini tanıyıb və seviblər.
Qeyd olunub ki, görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənən Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını olduqca yüksəkliklərə qaldırıb. Daim öz üzərində işləyən sənətkar Azərbaycan mədəniyyətinə sanballı töhfələr verib. O, “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Çahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı bəxş edib.
Diqqətə çatdırılıb ki, milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər alıb, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Gecədə o da vurğulanıb ki, ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.
Tədbir daha sonra konsert proqramı ilə davam edib.
Konsertdə Xalq artistləri Aygün Bayramova, Mənsum İbrahimov, Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov, o cümlədən görkəmli tarzənin nəvəsi Səbuhi Qasımzadə və başqaları muğam və təsniflər ifa ediblər.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

