Leyla Əliyeva “Azərbaycan. Ceyranların xilası” sənədli filminin təqdimatında iştirak edib
15.03.2017 [10:09]
Martın 14-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin “Azərbaycan. Ceyranların xilası” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimatda iştirak edib.
Təqdimatdan əvvəl Leyla Əliyeva filmin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.
Sonra film nümayiş etdirilib.
Azərbaycan faunasının incisi - ceyranlardan bəhs edən film Şirvan, Ağgöl, Abşeron, Korçay və Qobustandakı xüsusi mühafizə olunan təbiət ərazilərində çəkilib. Xronometrajı 40 dəqiqə olan filmdə qeyd edilir ki, Cənubi Qafqazda ceyranlar vaxtilə sıx məskunlaşsa da, ötən əsrdə onların sayında kəskin azalma müşahidə olunurdu. 1961-ci ildə aparılan aviasayğı nəticəsində respublika ərazisində 131 baş ceyran qeydə alınmışdı. Bu nadir növün xilası üçün 1961-ci ildə Bəndovan dövlət təbiət yasaqlığı, 1969-cu ildə Şirvan dövlət qoruğu yaradılıb və 20 il sonra bu ərazilərdə ceyranların sayı 3 minə çatıb. 2003-cü ildə isə ərazidə Şirvan Milli Parkı yaradılıb. Nəticələrə nəzər saldıqda əminliklə söyləmək olar ki, Cənubi Qafqazda ceyranlar Azərbaycanda aparılan işlər sayəsində xilas edilib.
Sənədli filmdə 2010-cu il dekabrın 24-də Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” proqramı çərçivəsində görülən işlər əksini tapıb. Belə ki, Şirvan Milli Parkının ərazisindən ceyranlar Acınohur-Sarıca və Mil düzlərinə, Bozdağ silsiləsinə və Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə gətirilib. Təsis edildiyi dövrdən etibarən IDEA İctimai Birliyi ceyranların bərpası və mühafizəsi üzrə fəaliyyəti dəstəkləyib və bu işə öz töhfəsini verib.
Filmin təqdimatından sonra rejissor İqor Bışnyov “Azərbaycan. Ceyranların xilası” layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirərək çəkiliş prosesi barədə təəssüratlarını bölüşüb. Filmin təqdimatının Novruz bayramı günlərində keçirilməsinin təsadüfi olmadığını qeyd edən rejissor tədbir iştirakçılarını bu münasibətlə təbrik edib. O vurğulayıb ki, Novruzun gəlişi ilə təbiət oyanır.
“Məhz bu gün bizim çəkiliş qrupumuz Azərbaycanda fəaliyyətinin dörd ilini qeyd edir. 2013-cü ildə Novruz ərəfəsində Azərbaycana ilk dəfə gəlmişdik. Biz bu dörd ildə ceyranları çəkdik. İşimizi izləyənlər yəqin bilirlər ki, layihəmizin əsasını “Azərbaycanın 9 möcüzəsi” təşkil edir. Lakin ilk gündən indiyədək kadrda hər zaman ceyran görünüb. Bu, təsadüfi deyil. Çünki ceyran Azərbaycanın rəmzlərindən biridir”, - deyə İqor Bışnyov bildirib.
Tamaşaçıların bu filmdən müəyyən məlumat əldə etdiyinə ümidvar olduğunu söyləyən rejissor deyib: “Biz filmdə bu növün ekologiyasından, Azərbaycanda ona tarixən yanaşmadan, ceyranın Azərbaycan xalqına nə dərəcədə vacib olmasından danışdıq. İlk növbədə qeyd etmək istəyirəm ki, məhz Azərbaycanın sayəsində Cənubi Qafqaz ceyranı xilas edilib. Əgər tədbir görülməsəydi, ceyranlar bu yerlərdən yoxa çıxacaqdı. Məhz Azərbaycan rəhbərliyinin qərarı və xalqın bu heyvana bəslədiyi sevgi sayəsində uzun onilliklər ərzində Cənubi Qafqaz ceyranını xilas etmək mümkün olub və o, daha təhlükədə deyil. İkincisi, ceyranların qorunması üçün ərazi vacibdir. Bu baxımdan Azərbaycanda görülən işlərin heç yerdə, o cümlədən keçmiş SSRİ ərazisində analoqu yoxdur. Burada keçən əsrdə yaradılmış təbii qoruqlar nəinki qorunub saxlanılıb, həm də genişləndirilib. Bütün bunlar ceyranın və bütövlükdə Yer kürəsinin rifahı naminə edilib. Üçüncü mühüm amil Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən proqramdır. Bu beynəlxalq proqram çərçivəsində qoruq ərazilərində 100-dən çox heyvan yerləşdirilib. Dünyanın heç bir ölkəsində dövlətin birinci şəxslərinin simasında təbiətə bu cür qayğı göstərilmir. Məhz belə insanların fəaliyyəti başqalarına da nümunədir”.
Layihə çərçivəsində çəkilişlərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirən rejissor sonda deyib: “Ceyranları qorumaqla gələcəyimizi qoruyuruq”.
Qeyd edək ki, “Azərbaycan. Ceyranların xilası” filmi İqor Bışnyovun rejissorluğu ilə IDEA tərəfindən reallaşdırılan dördüncü filmdir. İlk üç film IDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Şirvan Milli Parkı”, “Quşlar cənnəti - Ağgöl Milli Parkı” və “Göygöl Milli Parkı” sənədli filmləridir.
“Azərbaycan. Ceyranların xilası” filmi IDEA-nın təşəbbüsü ilə ölkəmizin ali təhsil müəssisələrində, həmçinin birliyin Bakı və Gəncə şəhərlərindəki resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, filmin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.
Layihənin məqsədi Azərbaycanın təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

