Bakıda “İlaxır çərşənbə” möhtəşəm bayram konserti ilə qeyd olunub
15.03.2017 [10:03]
Qədim zamanlardan başlayaraq Novruz bayramı müxtəlif ayin və mərasimlərin, xüsusilə 4 çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçib gəlib. Həyatın, varlığın əsası sayılan 4 ünsürün - su, od, yel və torpağın adı ilə bağlanan bu çərşənbələr özünəməxsus mifoloji və etnoqrafik mahiyyəti ilə seçilib, həmişə xüsusi bayram olaraq qeyd olunub.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu il də Bakı şəhər İcra Hakimiyyəti xalqımızın milli bayramı - “İlaxır çərşənbə”ni təntənəli şəkildə qeyd edir. Belə ki, martın 14-də səhər metronun “İçərişəhər” stansiyası və Bakı şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən Novruz personajları - Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl musiqi qruplarının, həmçinin dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvan Suraxanı “Atəşgahı”na yollanıb.
Bayram karvanı İstiqlaliyyət küçəsi ilə “Beşmərtəbə” dairəsi, Heydər Əliyev Sarayının yanından ötərək metronun Sahil stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edərək Heydər Əliyev prospektinə çıxıb və metronun “Koroğlu” stansiyasından Hava Limanı avtomagistralı ilə Suraxanı “Atəşgahı”na yola düşüb.
“Atəşgah”dan od götürən bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsi ilə irəliləyərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gəlib.
Sonra xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan “İlaxır çərşənbə” münasibətilə “İçərişəhər”də Qoşa qala qapısı meydanında Bakı şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə möhtəşəm bayram konserti təqdim edilib.
Əvvəlcə torpağımızın əbədi od saxlancı “Atəşgah”dan çaparlar dəstəsinin müşayiəti ilə el ağsaqqalı Dədə Qorqudun və Bahar qızının gətirdiyi odla Novruz tonqalı yandırılıb.
Sonra söz Dədə Qorquda və Bahar qızına verilib, onlar “İlaxır çərşənbə” münasibətilə xalqımızı təbrik ediblər.
Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan bu bayramın ənənəvi olaraq xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edildiyi bildirilib.
Vurğulanıb ki, “İlaxır çərşənbə” günündə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Bu gündə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır. Sonuncu çərşənbəyə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən, insanlar onun qoynuna sığınırlar.
Gecədə Novruz personajları - Kosa və Keçəlin maraqlı söhbəti, kəndirbaz və pəhləvanların məharəti, milli geyimli oğlan və qızların rəqsi və respublikanın tanınmış müğənnilərinin bir-birindən parlaq ifaları bayram əhval-ruhiyyəsini daha da coşdurub.
Paytaxt sakinləri və şəhərimizin qonaqlarının maraqla izlədiyi bayram konserti izdihamlı keçib. Sonda Bakının bahar axşamının səması möhtəşəm atəşfəşanlığın əlvan rənglərinə boyanıb.
Xəbər lenti
Hamısına baxDünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25

