/ / Paytaxtımızın teatrları bayram ərəfəsində və tətil günlərində maraqlı repertuarları ilə uşaqları sevindirəcək
Paytaxtımızın teatrları bayram ərəfəsində və tətil günlərində maraqlı repertuarları ilə uşaqları sevindirəcək
16.12.2016 [10:10]
Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız balacaların görüşünə gələcək, müxtəlif rəqslər, oyunlar, yeni il zarafatları uşaqların sevincinə sevinc qatacaq
Heç şübhəsiz, Yeni ilin gəlişinə böyüklərdən daha çox balacalar sevinirlər. Düz bir ildir ki, səbirsizliklə yolunu gözlədikləri Şaxta baba və Qar qızın gəlişi, yolka ətrafında keçirilən Yeni il şənlikləri onların sevincini ikiqat artırır. Bəs bayram ərəfəsində uşaqlarımızın sevincinə sevinc qatmaq üçün onları hara aparaq? Bayramda uşaqların asudə vaxtlarını harada keçirək deyə düşünən valideynlərə bu yazımızda bələdçilik etmək üçün mədəniyyət ocaqları ilə əlaqə saxlayıb, hansı tədbirlər planlaşdırdıqlarını xəbər almağa çalışdıq. Öyrəndik ki, bu il də bayram ərəfəsində mədəniyyət müəssisələrimiz bir-birindən maraqlı proqramlar hazırlayıb. Məsələn, Yeni il münasibətilə Heydər Əliyev Sarayında artıq hazırlıq işləri başlayıb. Bu barədə “Yeni Azərbaycan” qəzetinə məlumat verən Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin sözlərinə görə, tamaşaçılar “Barboskinlərin Yeni il sərgüzəştləri” və “Yeni ilin mübarək, Luntik!” adlı uşaq tamaşalarını izləyə bilərlər: “Bununla yanaşı, dekabrın 28-də Yeni il bayramı münasibəti ilə uşaqlar üçün “Küpəgirən qarının hiyləsi” nağıl-tamaşası ilə kiçik seyrçilərimizin görüşünə gələcəyik. Nağıl-tamaşada, həmçinin Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək, onları mahnılar, rəqslər, oyunlar, Yeni il zarafatları ilə sevindirəcəklər. “Qar dənəcikləri” adlı uşaqlar üçün musiqili-əyləncəli ikinci tamaşamız isə yanvarın 2-4-də təqdim olunacaq”.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da ənənəsinə sadiq qalaraq qarşıdakı Yeni il tətilini daha da yaddaqalan və maraqlı etməyə çalışacaq. Teatrın Ədəbi dram hissəsinin rəhbəri Həmidə Rüstəmova bildirib ki, teatrda balacalar üçün yeni və fərqli səhnə işləri hazırlanıb. Belə ki, teatrın yaradıcı heyəti bu dəfə “Yeni il nağılı” tamaşası ilə uşaqları sevindirəcək: “Klassik və müasir yozumlu pyeslərdən seçmələrlə səhnə həlli verilən tamaşada balacalar bir çox nağıl qəhrəmanlarını - Küpəgirən qarı, Qarğa, İfrit, Pirat və başqalarını izləmək imkanı qazanacaqlar. Bayram ovqatlı tamaşanın əsas qəhrəmanları Şaxta baba, Qar qız və uşaqların sevimli dostu Dovşandır”.
Məlumat üçün bildirək ki, tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Anar Məmmədov, quruluşçu rəssamı isə İqbal Əliyevdir. Səhnə əsəri dekabrın 30-dan 2017-ci il yanvarın 8-dək hər gün dörd seans olmaqla nümayiş etdiriləcək.
Bundan başqa, Bakı Dövlət Sirki də bayram tətilində tamaşaçılara əyləncəli və maraqlı anlar vəd edir. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun qəzetimizə verdiyi məlumata görə, dekabrın 23-dən yanvarın 15-dək tamaşaçılara “Hindistan fili və dostları” adlı möhtəşəm proqram təqdim olunacaq. Belə ki, proqramda ilk dəfə olaraq Macarıstan sirk ulduzları iştirak edəcəklər. Həmçinin sirk tamaşasına hamı üçün maraqlı olacaq kenquru ilə boks, at rəqsləri, dəvəquşu və meymunlar attraksionu, ekvilibristlər hava gimnastları, qeyri-adi lazer və işıq effektləri, şən klounlar, Şaxta baba, Qar qız və başqaları daxildir. Xatırladaq ki, biletlərin qiyməti 10-15 manat arası dəyişir.
Öz növbəsində, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da məktəblilərin qış tətilini nəzərə alaraq onlara unudulmaz anlar yaşatmağa hazırlaşır. Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquluyeva qeyd edib ki, bu il də sürprizlərlə zəngin və əyləncəli bayram proqramı ilə balacaların görüşünə gələcəklər: “Sənət ocağında Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi “Qrinç” (Yaşıl adam) adlı tamaşa nümayiş etdiriləcək. Səhnə əsəri bu dəfə gənc rejissor Elşad Rəhimzadənin quruluşunda dekabrın 29-dan 2017-ci il yanvarın 5-dək hər gün dörd seans olmaqla təqdim olunacaq”.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da dekabrın 27-dən etibarən Yeni il şənliklərinə start verəcək. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, teatrın yaradıcı heyəti Yeni ilə böyük həvəslə hazırlaşır. Burada dekabrın 31-dək hər gün dörd seans olmaqla Yeni il şənlikləri çərçivəsində uşaqların sevdiyi tamaşalardan maraqlı səhnəciklər nümayiş olunacaq. Balacaların vaxtının səmərəli və maraqlı keçməsi üçün bir-birindən maraqlı əyləncəli proqramlar, oyunlar təqdim ediləcək.
Yeni il ərəfəsində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Al qırmızı gül” adlı musiqili nağıl-tamaşa nümayiş olunacaq. Tamaşa dekabrın 24-25-də Moskva Xeyirxah Nağıl Teatrı aktyorlarının (“Moskva Bədii Akademik Teatrı Artistlərinin Ortaqlığı” teatrının gənclər qrupu) Bakıya qastrolu çərçivəsində təqdim ediləcək.
Məşhur nağıldan məlum olduğu kimi, Yeni il ərəfəsində varlı bir tacirin üç gözəl qızı - böyük qızı qızıl çələng, ortancıl qızı büllur güzgü, kiçik və ən gözəl qızı isə Yer üzündə ən qəşəng olan al qırmızı gül arzulayır. Məlum olur ki, kiçik qızın bu arzusu ilk baxışda sadə görünsə də, onu yerinə yetirmək heç də asan deyil. Tacir var qüvvə ilə çalışır ki, qızlarının bütün arzularını yerinə yetirsin. Bu arzuların tacirin sevimli qızlarına nələr gətirəcəyini isə tamaşaçılar Rus Dram Teatrının səhnəsində görə biləcəklər. Yaxşı və yaman, sözünün üstündə durmaq və əsl məhəbbət haqqında olan, süjetin gözlənilməz dönüşü və xoşbəxt finalla bitən bu nağıl Yeni il tətilində azyaşlılar üçün əvəzsiz hədiyyə olacaq.
Opera və Balet Teatrı isə ötən ildə olduğu kimi, Pyotr Çaykovski tərəfindən yazılmış “Şelkunçik” baletini nümayiş etdirəcək. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın sözlərinə görə, dekabrın 30-da baş tutacaq tamaşaya nəinki azyaşlılar, həm də böyüklər baxa bilərlər.
Dekabrın 20-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Yeni il” adlı konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Konsertdə filarmoniyanın Rəqs Ansamblı, Uşaq Xor Kapellası, “Şəms” uşaq xoru bir-birindən rəngarəng proqram təqdim edəcək. Həmçinin milli rəqslərlə yanaşı, dünya ölkələrinin rəqsləri və Yeni ilə həsr olunmuş, dillər əzbəri olan mahnılar ifa olunacaq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31

