Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Fikir və düşüncələrim” kitabı çapdan çıxıb

“Fikir və düşüncələrim” kitabı çapdan çıxıb

16.08.2016 [15:37]

Hüquq elmləri üzrə fəlsəfə doktoru, professor Cahangir Hüseyn Əfşarın “Fikir və düşüncələrim” adlı monoqrafik kitabı çapdan çıxıb. Kitab 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Azərbaycan əsgərlərinin əziz xatirəsinə ithaf edilib.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Nizami Cəfərovun elmi redaktorluğu ilə oxucuların ixtiyarına verilmiş əsərdə Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi, Nadir Şah Əfşarın 325 və Əfşar dövlətinin 280 illiyi ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin redaktəsi ilə “Nadir Şah-diplomatik yazışmaları” və Cahangir Hüseyn Əfşarın “Azərbaycan Nadir Əfşar dövləti” adlı elmi-tarixi əsərləri ilə bağlı Azərbaycanda və Türkiyədə nəşr edilmiş rəylər, təqdimatlar və məqalələr yer alıb.
Ermənilərin Qafqaza köç etmələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına beynəlxalq müstəvidə münasibət, bəşəriyyət və cəmiyyət haqqında elmi-fəlsəfi fikirlər də “Fikir və düşüncələrim” kitabında öz əksini tapıb.

Paylaş:
Baxılıb: 1121 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30