K.Abdullayev: Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir
01.07.2016 [10:12]
İyunun 28-dən 30-dək Bakıda “Azərbaycan, doğma diyar” devizi ilə Milli Azlıqların V Respublika Festivalı keçirilir.
İyunun 30-da Xalça Muzeyində milli azlıqların həyat və məişətindən söhbət açan “Vahid ailədə” adlı fotosərgi təqdim olunub və “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folkloru nümunələri” diskinin və fotokataloqunun Azərbaycan, ingilis, rus, fransız və alman dillərində təqdimatı keçirilib.
Sərginin açılışında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bildirib ki, sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrini, həyat tərzini əks etdirən əsərlər nümayiş etdirilir. Nazir müavini vurğulayıb ki, Azərbaycanda müxtəlif ölkələrə və dillərə həmişə böyük diqqətlə yanaşırlar, artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi baxır.
Ekspozisiyada ölkənin milli azlıqlarının - avarların, ləzgilərin, saxurların, rutulların, tat, rus, yəhudi və başqalarının həyatından fotoşəkillər nümayiş etdirilir. Elə həmin gün Xalça Muzeyində “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda “dəyirmi masa” olub. İclasda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Milli Məclisin deputatları, milli icmaların nümayəndələri iştirak ediblər. İştirakçılara milli azlıqların folkloru haqqında “Azərbaycan, doğma diyar” videoçarxı nümayiş etdirilib.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda bütün dinlərin nümayəndələri azad yaşayır, dinlərin və mədəniyyətlərin hamısına eyni münasibət bəslənilir.
K.Abdullayev vurğulayıb ki, müasir dövrdə Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə, o cümlədən bu sahədə zəngin təcrübəsi olan Qərb ölkələrinə örnəkdir. Bu gün inamla deyə bilərik ki, Azərbaycan multikulturalizmi ölkənin siyasi simasının əsas xüsusiyyətlərindən birinə çevrilib. Dövlət müşaviri deyib: “Azərbaycan multikulturalizminin siyasi banisi Heydər Əliyevin əsas arzularından biri məhz bu idi”.
Akademik bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqda aparıcı rol oynayıb, zəngin tarixi baza yaradıb. Ölkəmizdə dini və milli zəmində qarşıdurma heç vaxt olmayıb və indi də yoxdur. Azərbaycan cəmiyyətinə xas dözümlülük ölkədə unikal tolerant mühit yaradıb. Hazırda bu mühit bir örnək kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Nəhayət, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün zəruri siyasi və iqtisadi şərait mövcuddur.
Festival iyunun 30-da Heydər Əliyev Sarayında qala-konsertlə başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

