İTV rəhbəri: Ermənistan yenidən təxribata yol versə, yarışmadan kənarlaşdırılacaq
13.05.2016 [09:43]
“Ermənistan nümayəndə heyətinə ciddi xəbərdarlıq olunub ki, hər hansı şəkildə qaydalara riayət olunmazsa, təxribat xarakterli hərəkətlərə yol verilərsə, onlar bu ilki, yaxud növbəti ilin yarışmasından kənarlaşdırılacaqlar. Bizə Avropa Yayımçıları Birliyinin baş direktoru İnqrid Deltenrenin imzası ilə məktub gəlib. İyun ayını gözləyirik ki, görək, iclasda Ermənistana qarşı hansı tədbirlər görüləcək”. Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) rəhbəri Cəmil Quliyev deyib. İTV direktoru qeyd edib ki, rəhbərlik etdiyi qurumun adından Avropa Yayımçıları Birliyinə Ermənistanın bayraq təxribatı ilə bağlı göndərdiyi etiraz məktubu paralel olaraq 40-a yaxın ölkənin ictimai televiziya və radiosunun rəhbərlərinə də ünvanlanıb: “Məktubun surəti televiziya sahəsində çalışan müxtəlif beynəlxalq təşkilatlara da göndərilib. Bu və başqa addımların nəticəsində dünən Avropa Yayımçıları Birliyindən cavab gəldi. Məktubda Ermənistan təmsilçisinin təxribat xarakteri daşıyan hərəkəti pislənilib, bizim nəzərimizə çatdırılıb ki, nəzarət komissiyasının iyun ayında keçiriləcək iclasında bu məsələyə baxılacaq və Ermənistana qarşı cəza tədbirləri görüləcək. Bununla yanaşı məktubda qeyd olunur ki, Ermənistan “Eurovision” Mahnı Müsabiqəsinin əsasnaməsinin 1.2.2 bəndini pozub. Bu da mahnı müsabiqəsinin qaydalarına ziddir. Avropa Yayımçıları Birliyi və müsabiqənin rəhbərliyi tez bir zamanda məktuba reaksiya verdilər. Çünki Ermənistanın etdiyi təxribat “Eurovision”un əsasnaməsinə ziddir. Eyni zamanda bunun ətrafında böyük ictimai rəy də yarandı. Bir çox ictimai televiziyalar bu hərəkəti pislədilər”.
C.Quliyev əlavə edib ki, Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub: “Əgər Ermənistan nümayəndə heyəti ümid edirsə ki, müsabiqə başa çatandan sonra onlar yenidən təxribata yol verə bilərlər, bu, baş tutmayacaq. Belə olan təqdirdə ciddi şəkildə cəzalanacaqlar”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

