“Göygöl Milli Parkı” sənədli filminin təqdimatı olub
30.12.2015 [10:38]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimatda iştirak edib
Dekabrın 29-da Nizami Kino Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli filminin təqdimatı keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimatda iştirak edib.
AZƏRTAC xəbər verir ki, filmin təqdimatından əvvəl Leyla Əliyeva “Göygöl Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.
Mərasimdə çıxış edən İqor Bışnyov “Göygöl Milli Parkı” layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirərək filmin çəkiliş prosesindən təəssüratlarını qonaqlarla bölüşüb. Buradakı görüşlərin növbəti filmin treyleri ilə başlamasının çox gözəl ənənə olduğunu söyləyib. İqor Bışnyov bildirib ki, layihəni IDEA İctimai Birliyi reallaşdırıb.
Rejissor deyib: “Layihə çərçivəsində ilk film ötən il təqdim edilən “Şirvan Milli Parkı”, ikinci film cari ilin aprel ayında təqdim olunan “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmidir. Bu gün isə mən çox şadam ki, ilin sonunda “Göygöl Milli Parkı” sənədli filmi təqdim edilir”.
Göygöl Milli Parkının 1925-ci ildə yaradıldığını diqqətə çatdıran İ.Bışnyov bildirib ki, bu film qoruğun yaranmasının 90 illiyi ilə bağlıdır.
İqor Bışnyov layihə çərçivəsində çəkilən ilk iki filmin sırf təbiətə həsr edildiyini vurğulayaraq “Göygöl Milli Parkı” sənədli filminin yalnız təbiət haqqında deyil, Azərbaycanın çoxəsrlik mədəniyyəti, həm də arxeoloji faciə haqqında olduğunu söyləyib.
Rejissor Azərbaycanda şəxsən Prezident İlham Əliyevin milli parkların açılışlarında iştirak etməsinin çox xoş hadisə olduğunu qeyd edib.
İqor Bışnyov layihənin rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirərək deyib ki, IDEA ilə əməkdaşlıq etmək olduqca maraqlıdır. IDEA İctimai Birliyinin uşaqları ekoloji cəhətdən tərbiyələndirməsi çox əhəmiyyətli məsələdir.
O, hamını Yeni il və Göygöl Milli Parkının 90 illiyi münasibətilə təbrik edərək deyib ki, qoy bu film bayramlara bir hədiyyə olsun.
IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Bu filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur-Yalama Milli parklarından söhbət açılacaq.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Göygöl Milli Parkı” filmi ölkəmizin ali təhsil müəssisələrində, həmçinin birliyin Bakı və Gəncə şəhərlərindəki Resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, “Göygöl Milli Parkı” filminin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində çəkilmiş “Ağgöl Milli Parkı” filmi 2015-ci il iyunun 17-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən “Xilas etmək və qorumaq” adlı XIX Beynəlxalq ekoloji televiziya festivalında “İlin televiziyası layihəsi” mükafatına layiq görülüb.
IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

