/ / ISESCO İcraiyyə Şurasının 36-cı iclasının iştirakçıları Məryəm Ələkbərlinin sərgisi ilə tanış olublar
ISESCO İcraiyyə Şurasının 36-cı iclasının iştirakçıları Məryəm Ələkbərlinin sərgisi ilə tanış olublar
26.11.2015 [10:12]
Noyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin “Əsrlərin sədası” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Bakı şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclasının iştirakçıları sərgi ilə tanış olublar.
Tədbirdə baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək ISESCO-nun İcraiyyə Şurasının 36-cı iclasının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, tədbir çərçivəsində Bakıda olan qonaqlara xalqımızın mədəniyyəti, tarixi və müasir inkişafı ilə yanaşı, ölkəmizdə gedən quruculuq və abadlıq işləri ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Sərginin əhəmiyyətindən danışan Xalq yazıçısı vurğulayıb ki, gənc rəssam Məryəm Ələkbərlinin sərgiyə təqdim etdiyi 50-dək rəsm əsəri öz ruhunu milli dəyərlərdən alır. Bu əsərlərdə yer alan Qobustanın qayaüstü yazıları, Azərbaycanın muğam sənəti, İçərişəhərin tarixi abidələri mədəni irsimizin müasir simasını təcəssüm etdirir.
Dünyada müsəlman ölkələrinə qarşı ikili standartların nümayiş olunduğunu diqqətə çatdıran Elçin Əfəndiyev qeyd edib ki, buna baxmayaraq bütün müsəlman ölkələri bəşəriyyəti dincliyə, xoşbəxtliyə, insanlığa və tolerantlığa dəvət edir. “Əsrlərin sədası” sərgisinin mövzu etibarı ilə qeyd olunan xüsusiyyətləri özündə ehtiva etdiyini bildirən görkəmli yazıçı sənət əsərlərinin müəllifinin bir müsəlman ölkəsinin övladı olduğunu vurğulayıb.
Xalq yazıçısı gənc və istedadlı rəssam Məryəm Ələkbərlini yeni sərgi münasibətilə təbrik edib və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu diqqətə çatdırıb və beynəlxalq səviyyəli möhtəşəm tədbirlərin Bakıda keçirilməsini yüksək qiymətləndirib.
Baş direktor ISESCO-nun İcraiyyə Şurasının 36-cı iclasının ölkəmizdə keçirilməsini əməkdaşlığın inkişafında irəliyə atılmış addım kimi dəyərləndirərək, bunun təşkilatda təmsil olunan ölkələrin, həm də qarşılıqlı olaraq təhsil və mədəniyyət sahəsindəki əlaqələrinə müsbət təsir edəcəyini diqqətə çatdırıb.
Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi qurumun hər zaman istedadlı insanları, xüsusilə də gəncləri dəstəklədiyini vurğulayıb, sərgi münasibətilə Məryəm Ələkbərlini təbrik edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Ağ rəngli Şəki ipəyi üzərində qarışıq texnikada işlənmiş sərgidə nümayiş olunan tablolar istər rəng və yozum baxımından, istərsə də özünəməxsus qeyri-adi dəst-xətti ilə diqqəti cəlb edirdi. Qövsi-qüzehin yeddi rəngini ehtiva edən kətan üzərindəki işlər isə Qobustan qayaüstü təsvirlərinin əsas mövzularının davamı olaraq qədim inanc, ayin və rəqslərin əsrarəngiz mənzərəsini yaradırdı.
Sərgi böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

