Hollivudda “Arşın mal alan” filminin ilk premyerası uğurlu alınıb
22.09.2015 [10:08]
Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunub. Bu, “Arşın mal alan” filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb.
Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” da təqdim edilib.
Qeyd edək ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunub.
Filmin nümayişindən əvvəl Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, “Arşın mal alan” filmi barədə məlumat verib. Baş konsul, hələ 2001-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu filmin bərpa edilməsini tövsiyə etdiyini diqqətə çatdıraraq, tamaşaçıları həmin çıxışın video yazısına baxmağa dəvət edib. Sonra Ümummilli liderin çıxışı nümayiş olunub.
N.Ağayev, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə filmin 2013-cü ildə bərpa edilmiş və rənglənmiş versiyasının təqdim edildiyini vurğulayaraq, bunun tarixi hadisə olduğunu, “Arşın mal alan” filminə yeni həyat qazandırdığını bildirib.
Diplomat, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkəmizin və dünyanın müxtəlif ölkələrində musiqi və mədəniyyətimizin təşviqi istiqamətində gördüyü işlər barədə də tamaşaçıları məlumatlandırıb.
Baş konsul, Los-Anceles və Kaliforniyanın 6 digər şəhəri tərəfindən 18 sentyabrın Üzeyir Hacıbəyli Günü elan edildiyini qeyd edərək, sözügedən şəhərlərə öz minnətdarlığını bildirib. Həmçinin, Rəşid Behbudovun yaradıcılığı barədə danışan diplomat, unudulmaz müğənninin gözəl ifasının və aktyorluq istedadının filmin böyük uğur qazanmasında yüksək önəm daşıdığını söyləyib.
Sonra çıxış edən, Rəşid Behbudovun qızı Rəşidə Rəşid filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb. R.Rəşid, filmin bərpasına və rənglənməsinə görə Heydər Əliyev Fonduna təşəkkür edərək, bunun Azərbaycan mədəni irsinə böyük töhfə olduğunu bildirib. R.Rəşid, “Arşın mal alan” filminin Los-Anceles kimi dünya kino sənayesinin mərkəzində nümayişini tarixi hadisə adlandırıb.
Daha sonra filmin bərpasını və rənglənməsini həyata keçirən Hollivud şirkətinin rəhbəri İqor Lopatonok, eləcə də vizual effektlər üzrə 2002-ci ildə Oskar mükafatı almış, “21 Ceyms Bond” filminin bərpasını həyata keçirmiş Prays Petel (Price Pethel) və Sony Pictures, “Walt Disney Studios” kimi tanınmış kino şirkətlərin filmlərinın tərtibatçısı Ceyn Hiks (Jane Hicks) çıxış ediblər. Natiqlər, belə bir önəmli layihədə iştiraklarından məmnunluqlarını ifadə edərək, “Arşın mal alan” kimi zəngin bir filmin dünya mədəniyyəti üçün yüksək əhəmiyyət daşıdığını bildiriblər.
Sonra film nümayiş etdirilib. Nümayişdə Los-Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin bu şəhərdəki baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri və digər şəxslər olmaqla ümumilikdə 650 nəfərə yaxın tamaşaçı iştirak edib.
“Arşın mal alan” bir daha qəlbləri fəth edərək, tamaşaçıların gurultulu və sürəkli alqışları ilə qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

