/ / Qəbələ Beynəlxalq Musiqi Festivalında Cahangir Qarayevin bərpa edilmiş əlyazmasının təqdimatı olub
Qəbələ Beynəlxalq Musiqi Festivalında Cahangir Qarayevin bərpa edilmiş əlyazmasının təqdimatı olub
31.07.2015 [09:58]
Bu günlərdə VII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın fortepiano və bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən biri olan Cahangir Qarayevin (1950-2013) sonatasının təqdimatı olub. Festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin elmi redaktorluğu ilə “Təhsil” nəşriyyatı tərəfindən hazırlanaraq nəşr edilmiş bu üçhissəli əsər dünyadan vaxtsız köçmüş gözəl bəstəkarın və pianoçunun 65 illik yubileyinə həsr olunub.
Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, xüsusi fortepiano kafedrasının professoru Tərlan Seyidov AZƏRTAC-a bildirib ki, nəşrin əsasında C.Qarayevin itirilmiş əlyazmasının BMA-nın məktəb-studiyasının arxivində saxlanılan keyfiyyətsiz surəti olub. Surəti nəşrə hazırlayan zaman sonatanın not mətnini bərpa və redaktə etmək üçün böyük və çoxşaxəli iş görülüb. Yenidən yığılan mətnlə yanaşı, itirilmiş əlyazmanın əslinin reproduksiyasının nəşrə əlavədə yerləşdirilməsi onu daha dəyərli edib.
Təqdimatı açan sənətşünaslıq doktoru Ceyran Mahmudova Cahangir Qarayevin yaradıcılığının əsas mərhələlərini xarakterizə edərək bildirib ki, 1976-cı ildə yazdığı fortepiano üçün sonata onun yaradıcılığında xüsusi yer tutur. Burada sonata formasının sərbəst traktovkası bədii təfəkkürün dərin milli zəmininə söykənir. Bu əsər üçün spesifik olan monosentrizm (üç hissənin hər biri vahid mövzuya əsaslanıb) sonata formasının kanonlarının yoxluğu ilə bağlıdır. Sonatada təkcə dil vasitələri, forma detalları səviyyəsində deyil, daha geniş əhatəli səviyyədə - musiqi dramaturgiyası səviyyəsində muğamın stilistik qanunauyğunluqları ilə əlaqə üzə çıxır.
Cahangir Qarayevin əsəri məktəb-studiyanın müəllimi, pianoçuların Beynəlxalq müsabiqəsinin laureatı Fəqan Həsənlinin yüksək bədii interpretasiyasında təqdim olunub. Sonata onun virtuoz ifasında coşqun improvizasiya kimi səslənib və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, bu nəşr BMA-nın məktəb-studiyasının itirilən əlyazmaların saxlanılan surətləri əsasında bərpası üzrə ikinci redaktor işidir. Daha əvvəl böyük bəstəkar Qara Qarayevin 1939-cu ildə yazdığı və ilk dəfə 75 il sonra Azərbaycan Bəstəkarlar İttifaqının festivalında səslənən fortepiano üçün üçsəsli fuqa bərpa və nəşr edilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

