/ / Heydər Əliyev Fondu “Milan Expo 2015”də Azərbaycan “Milli gün”ü çərçivəsində konsert proqramı təşkil edib
Heydər Əliyev Fondu “Milan Expo 2015”də Azərbaycan “Milli gün”ü çərçivəsində konsert proqramı təşkil edib
11.07.2015 [11:03]
İyulun 9-da “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Milli gün” çərçivəsində Azərbaycan incəsənət ustalarının çıxışı olub.
Azərbaycan mədəniyyətinin yerli sakinlər və pavilyona digər ölkələrdən gələn qonaqlara tanıdılması proqramı “Milan Expo” ərazisindəki Auditorium zalında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin iştirakı ilə konsert proqramı ilə başlayıb. Orkestrin bədii rəhbəri, dirijor Teymur Göyçayevin idarəçiliyi ilə keçən konsertdə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, əməkdar artistlər Afaq Abbasova, Nigar Şabanova, gənc skripkaçı Elvin Qəniyev çıxış ediblər.
Daha sonra konsert proqramı Azərbaycan milli pavilyonu qarşısında “Natiq” ritm qrupunun ifasında milli ritmlərin təqdimatı ilə davam edib. Burada, həmçinin Xalq artisti Afaq Məlikovanın bədii rəhbərliyi ilə Dövlət Rəqs Ansamblının çıxışı olub. Azərbaycan musiqisi və rəqsləri pavilyona gələn yüzlərlə ziyarətçinin böyük marağına səbəb olub. Meydana toplaşanlar da milli musiqi sədaları altında rəqs ediblər. Ziyarətçilər, eyni zamanda, milli pəhləvanlarımız - Haldun Loğmanov və Seyhun Loğmanovun çıxışını izləyiblər. Yüzlərlə izləyici incəsənət ustalarımızın çıxışını “Azərbaycan” deyərək alqışlarla qarşılayıblar.
Azərbaycan pavilyonunda, həmçinin milli mətbəxin və muğam musiqimizin təqdimatı olub. Xanəndələr Arzu Əliyeva və İlkin Əhmədov Azərbaycanın milli musiqi incisi, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənətindən ifalar səsləndiriblər.
Pavilyonun terrasında təşkil olunan muğam gecəsində qonaqlar Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı da əldə ediblər.
Pavilyondakı “IDEA-Biomüxtəliflik parkında” quraşdırılan monitorda izləyicilərə Azərbaycan haqqında və ölkəmizin bu günlərdə ev sahibliyi etdiyi “Bakı-2015” birinci Avropa Oyunları barədə videoçarxlar nümayiş etdirilib.
Milli pavilyonda Azərbaycan mədəniyyətinin təqdimatına həsr olunan proqramda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, “Milan Expo 2015”də təmsil olunan digər ölkələrin pavilyonlarının nümayəndələri, İtaliyanın ictimai xadimləri iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan pavilyonu “Milan Expo 2015” sərgisi çərçivəsində mayın 1-dən fəaliyyət göstərir. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur.
Sərgini ziyarət edən milyonlarla insana Azərbaycanın qədimliyi və müasirliyi, tarixi və bu gününə dair təqdimatlar olur. Azərbaycan pavilyonu “Milan EXPO 2015” sərgisinin ən ilkin hazırlanmış və ən çox ziyarətçi qəbul edən pavilyonlarından biridir.
Azərbaycan milli pavilyonuna mayın 1-dən etibarən 1 milyondan çox ziyarətçi gəlib.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yaradılmış və qısa müddət ərzində “Milan EXPO 2015”in sevimli məkanına çevrilmiş Azərbaycan pavilyonu buraya gələn hər bir ziyarətçidə ölkəmiz haqqında xoş təəssürat bağışlayır və hər kəsdə qəlbində Azərbaycan sevgisi ilə ölkəmizə səyahət etmək arzusu yaradır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

