Kaspi Liseyinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub
02.06.2015 [16:18]
Sona Vəliyeva: Kaspi Liseyi şagirdlərin daxilində olan potensialı kəşf edir, onlara faydalı istiqamət verir
Mayın 31-də Bakıda Vəcihə Səmədova adına sərgi salonunda Kaspi Liseyinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub. Sərginin açılış mərasimində çıxış edən liseyin direktoru Tural Əliyev rəhbərlik etdiyi təhsil müəssisəsinin artıq 1 ildir ki, fəaliyyət göstərdiyini deyib: “Kaspi Liseyinin fəaliyyətinin əsasında duran məqsədlərdən biri uşaqların yaradıcılıq imkanlarının ortaya çıxarılmasıdır. Bu istiqamətdə davamlı işlər aparılır və ümid edirəm ki, gələcəkdə daha sanballı rəsm əsərləri və əl işləri sərgilənəcək”.
T.Əliyev deyib ki, sərgidə nümayiş olunan əl işlərinin satışından əldə edilən gəlir kimsəsiz uşaqlara sərf ediləcək.
Mərasimdə çıxış edən Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzetinin, həmçinin, Kaspi Liseyinin təsisçisi Sona Vəliyeva deyib ki, bu il rəhbərlik etdiyi lisey üçün ilk təhsil mövsümü oldu: “Biz Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyətə başladıq. Azərbaycanda çox sayda özəl təhsil müəssisələri var. Bu özəl məktəblərin hər biri özünün mükəmməl təhsil sistemi, proqramı ilə fəaliyyət göstərir və Azərbaycan dövlətinin təhsil siyasətinə dəstək olur, onu daha da gücləndirir. Biz də bir özəl təhsil müəssisəsi olaraq fəaliyyətə başladıq. Lakin biz həmin liseylərdən fərqli olaraq özümüzün daxili inkişaf konsepsiyamızı işləyib hazırladıq. Bu konsepsiyanın hər bir bəndi, əslində, hər bir valideynin daxilində olan arzuların təcəssümü idi. İlk olaraq, biz fiziki və mənəvi cəhətdən güclü, sağlam və gərəkli olan Azərbaycan gəncliyinin yetişdirilməsi, Azərbaycan dövlətini və dövlətçiliyini dəstəkləyən və ona töhfələr vermək qüdrətində ola bilən, eyni zamanda, onun tarixini bilən, yüksək intellektə malik, vətənpərvər gəncliyin yetişdirilməsi kimi amalları qarşımıza məqsəd qoyduq. Konsepsiyamızdakı ən vacib məsələ dünyanın elmi potensialı ilə rəqabətə girə biləcək, istər texniki, istərsə də humanitar elmləri öyrənib rəqabətə davamlı olmaqla bərabər, eyni zamanda, hər bir gəncin içində olan yaradıcı potensialı üzə çıxarıb, ona istiqamət vermək idi”.
S.Vəliyeva qeyd edib ki, bütün bu cəhətlərin cəmi və sonu olaraq Kaspi Liseyi şagirdlərin daxilində olan potensialı kəşf edir, onlara faydalı istiqamət verir: “Bu sərgidə 100-dən artıq rəsm əsəri nümayiş olunur. Bu, bizim fəaliyyətimizi ağaca bənzətsək, onun budaqlarının bir yarpağıdır. Liseyimizin kollektivi dövlətin təhsil siyasətinə dəstək verməklə cani-könüldən işləyir. Kim bilir, bəlkə də, Azərbaycan gəncliyinin ən bacarıqlıları bu uşaqların arasındadır. Biz bu uşaqları kəşf edib, istiqamət veririk. Bu millətimiz, dövlətimiz, cəmiyyətimiz üçün çox xeyirli bir işdir”.
“Bilirsiniz ki, ölkəmiz “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlaşır. Biz də Kaspi Liseyi olaraq bu sərgimizi həmin Oyunlara həsr edirik. Düşünürük ki, qalib gələn idmançılarla Azərbaycan ən yüksək kürsüdə dayanacaq”, - deyə, S.Vəliyeva əlavə edib.
Çıxış edən Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev isə deyib ki, artıq 3 əsrdir Azərbaycan gerçəkliyində “Kaspi” sözü səslənir: “Həmişə bu söz səslənəndə insanların simasında xoş bir təbəssüm yaranır. Bu söz həmişə yaxşı əməllərlə yadda qalıb. Düşünürəm ki, “Kaspi”nin illər öncəki fəaliyyəti müasir dövrdə bir qədər də əhatəli şəkildədir. Bu sahələrdən biri də təhsillə bağlıdır. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bu gün də bunun şahidiyik. Bu istedadın üzə çıxması üçün isə müəllimlərin də dəstəyi mühüm rol oynayır. Bu gün bu sərginin tərtibində Kaspi Liseyinin müəllimlərinin böyük əməyi var. Ümid edirəm ki, bu davamlı olacaq”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, bu tədbirin əhatəsi çox böyükdür: “İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu münasibətlə Azərbaycan xalqını və sizləri təbrik edirəm. Azərbaycanda uşaqların müdafiəsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Komitənin yaranması artıq dövlətimizin bu sahəyə münasibətini göstərməkdir.
“Kaspi” qəzeti hələ XIX əsrdə insanlara ziya verməklə məşğul idi. Bu gün də o öz missiyasını davam etdirir. Artıq “Kaspi” böyük bir tədris mərkəzinə çevrilərək, insanlarımıza bilik verir. Həmçinin imkan yaradır ki, onlar öz bacarıqlarını ortaya qoysunlar. “Kaspi” hər zaman məni öz yenilikləri ilə heyrətləndirir”.
Qeyd edək ki, sərgidə 100 rəsm əsəri və 40-dan çox əl işi nümayiş olunub.
NURLAN
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

