Azərbaycan Heydər Əliyev Fondu və IDEA-nın dəstəyi ilə Venesiya Biennalesində təmsil olunur
05.05.2015 [10:09]
Mayın 6-da 56-cı “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan pavilyonunda iki sərginin rəsmi açılış mərasimi olacaq.
Venesiyanın izdihamlı məkanlarının birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən Azərbaycan pavilyonunda ilk olaraq Əşrəf Murad, Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Fazil Nəcəfov, Hüseyn Haqverdi, Şamil Nəcəfzadənin əsərlərinin təqdim olunduğu “Hüdudları aşaraq” (“Beyond the Line”) sərgisinin açılış mərasimi keçiriləcək.
“Hüdudları aşaraq” sərgisi XX əsrin repressiv sovet rejiminin kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır. Sovet rejimi dövründə kommunist ideologiyasına qarşı çıxan, “üsyankar” mövqelərini bildirmək istəyən rəssamların sərgiləri təşkil edilmir, rəssamlar ölkədən kənara çıxa bilmirdilər. “Hüdudları aşaraq” sərgisi indiyədək qaranlıqda qalan rəssamların sarsılmayan ruhlarını, onların sənət dünyasını nümayiş etdirir.
Həmin gün Venesiya Biennalesində “Vita Vitale” beynəlxalq sərgisi də açılacaq. Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) birgə təqdim etdikləri bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir. Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, “Vita Vitale”də Edvard Burtinski (Edward Burtynsky), Mirça Kantor (Mircea Cantor), Loris Çekkini (Loris Cecchini), Toni Kreqq (Tony Cragg), Laura Ford (Laura Ford), Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol (Andy Warhol) və digər məşhur rəssamların əl işləri yer alıb.
“Vita Vitale” sərgisi ekoloji problemlərlə mübarizə aparan rəssamların nəzər nöqtələrini ortaya qoyur. Sərgi təkcə Azərbaycanın deyil, bütün planetin keçmişi, bu günü və gələcəyini təyin edən sosial və ətraf mühit məsələlərində rəssamların düşüncəsini işıqlandırır. “Vita Vitale”, həmçinin planetimizin ekosistemi və insanların təbiətə göstərdiyi təsir arasındakı zərif balansı təhlil edir. Sərgi insanları ətraf mühitin mühafizəsində rolunu artırmağa çağırır, eyni zamanda dünyanın gələcəyinin qorunması üçün kreativ ideya və alətlər təklif edir.
Hər iki sərgi noyabrın 22-dək davam edəcək.
Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın nüfuzlu sərgisi hesab olunur. O, müasir incəsənət əsərlərini görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək və müasir meyilləri müzakirə etmək üçün gözəl fürsətdir.
Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Onlardan biri də ölkəmizin Venesiya Biennalesində iştirakı layihəsidir. Müxtəlif ölkələrin və fərqli mədəniyyətlərin təmsil olunduğu bu sənət festivalında Azərbaycan 2007-ci ildən iştirak edir. Bu il ölkəmiz Venesiya Biennalesində artıq beşinci dəfədir təmsil olunur.
Xatırladaq ki, sonuncu dəfə 2013-cü ildə keçirilən 55-ci Venesiya Biennalesindəki “Ornamentlər” adlı Azərbaycan pavilyonu da Lezze Sarayında qurulmuşdu. Həmin il Azərbaycanı bu sərgidə altı rəssam - Butunay Haqverdiyev, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Rəşad Ələkbərov, Sənan Ələsgərov və Çingiz təmsil edirdi.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

